Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ORTA İXTİSAS MƏKTƏBLƏRİ

Lənkəran Dövlət Humanitar Kolleci Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Şurasının "Azərbaycan SSR-də ümumi icbari təhsilə kömək haqqında" 29 may 1923-cü il tarixli qərarı əsasında "Darülmüəllimeyn" adı ilə 01 sentyabr 1924-cü ildən fəaliyyətə başlamışdır. Sonralar isə Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumu, Musiqi Texnikumu və Lənkəran Kənd Təsərrüfatı Texnikumu ləğv edilərək onların bazasında Lənkəran Dövlət Humanitar Kolleci yaradılmışdır.

Hazırda kollecdə Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün), Texnologiya müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Məktəbəqədər təlimvə tərbiyə, Musiqi nəzəriyyəsi, Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə), Xor dirijorluğu, İnstrumental ifaçılıq (fortepiano), Mühasibat uçotu, Arxiv işi və karguzarlıq, Kitabxana-informasiya təminatı ixtisasları üzrə 651 tələbə əyani formada təhsil alır.

Kollecdə 103 nəfər müəllim, 67 nəfər isə inzibati və texniki heyətdə çalışır.

Kollecdə 2 akt zalı, 2 informatika-tədris laboratoriyası, elektron kitabxana, müasir avadanlıqlarla təchiz olunmuş xarici dil, fizika və kimya laboratoriyaları, 12 fənn kabineti tələbə və müəllimlərin istifadəsindədir.

Lənkəran tibb kolleci 1936-cı ildən fəaliyyət göstərir. İlk illər məktəbdə tibb bacısı ixtisası üzrə kadr hazırlanmışdır. Hazırda məktəbdə mamalıq işi, müalicə işi və tibb bacısı ixtisasları vardır. Kollecdə təhsil müddəti 3 ildir. Tədris planına uyğun olaraq, kabinetlər əyani vəsaitlər və kompüterlərlə təchiz olunmuşdur. Təcrübə dərsləri rayon mərkəzi xəstəxanasının ayrı-ayrı şöbələrində keçirilir. Məktəbdə 43 müəllim çalışır, 340 tələbə təhsil alır.

Lənkəran Peşə Liseyi 1969-cu ildən 113 №-li texniki peşə məktəbi kimi fəaliyyətə başlamış, 1996-cı ildən peşə liseyinə çevrilmişdir. Lisey H.Z.Tağıyev küçəsi 118 ünvanda layihə əsasında tikilmiş binada yerləşir. Liseydə geniş profilli traktorçu-maşinist, təmirçi çilingər, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik, əl elektrik qaynaqçısı, aşbaz və əməliyyatçı mühasib ixtisasları üzrə peşələr öyrədilir. Liseydə 285 şagird təhsil alır.

Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi   “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran  Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi 1998-ci ildən Təhsil nazirliyi Təhsil Respublika İdman Mərkəzinin nəznində fəaliyyət göstərir.Məktəbimiz  fəaliyyətini Uşaq Gənclər İdman məktəbləri və ixtisaslaşdırılmış Olimpiya ehtiyatları Uşaq-Gənclər Idman məktəblərinin nümünəvi əsasnaməsi  əsasında qurmuşdur.Məktəbimiz məktəb-dənkənar,sosial məqsədyönlü müəsisədir,fəaliyyətinin uşaq,yeniyetmə,gənclərin inkişafına,bədən tərbiyyəsi və idman vasitəsi ilə sağlamlığına, idmanın kütləviliyinə,respublikada yüksək səviyyəli idmançıların hazırlanması üzərindən qurmuşdur.Məktəbimizdə 9 idman növü fəaliyyət göstərir : Ağır Atletika,Boks,Badminton,Basketbol,Şahmat,Futbol,Sərbəst Güləş,Yunan Roma Guləşi və Taekvondo.İdman bölmələrimizə Ali təhsilli və orta təhsilli  məşqçi-müəllimlər  rəhbərlik edirlər.Pedaqoji kollektivimizdə 7-i Məşqçi-müəllim  Azərbaycan Respublikasının Əməkdar Məşqçisi,6-ı məşqçi-müəllim Fəxri Bədən Tərbiyyəsi və idman işçisidir. “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran  Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi fəaliyyəti dövründə Lənkəran idmanına  bir çox isdedalı idmançılar bəxş etmişdir.Bunlardan:Ağır Atletika idman növü üzrə Avropa mükafatçısı,Beynəlxalq turnirlərin qalibi,İslam oyunlarınınn bürünc mükafatçısı Rövşən Fətullayev,Taekvondo idman növü üzrə Avropa mükafatçısı,Dünya kubokunun qalibi,2012-cil London Olimpiadasının iştirakçısı,İslam oyunlarının qızıl mükafatçısı Ramin Əzizov,Sərbəst güləş üzrə  Avropa birinciliyinin qalibi,2-il ard-arda  Dünya birinciliyinin gümüş mükafatcısı,milli yığma komandanın üzvü Məmmdzadə Mahiri qeyd etmək olar.Məktəbimizin idmaçıları Respublika yarışlarında və Beynəlxalq yarışlardada bir çox naliyyətlər qazanmış,fəxri yerlər tutmuşlar.

Uşaq Gənclər İnkişaf Mərkəzi  1933-cü ildə "Pioner və məktəblilər evi" kimi tikilmişdir. Uşaq Yaradıcılıq Mərkəzi, Ekoloji tərbiyə və təcrübəçilik mərkəzi və Texniki yaradıcılıq mərkəzi birləşərək 23 oktyabr 2017-ci il tarixindən Uşaq Gənclər İnkişaf Mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. Hal-hazırda Uşaq Gənclər İnkişaf Mərkəzində 36 dərnək vardır. Həmin dərnəklərə Ali və pedoqoji-orta təhsilli mütəxəssis müəllimələr rəhbərlik edir. Bu 36 dərnək 216 saatla işləyir.

36 dərnək 11 adda fəaliyyətini aparır: "İbtidai texniki modelləşmə", "Ekologiya", "Botanika", “Bədii qiraət”, "Tarixi-diyarşünaslıq", “Təsviri-sənət”, "Dizayn", "Dekorativ tətbiqi sənət", “Rəsm”, “Fortapiono” və “Musiqisevərlər”.

Keçidlər