Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Idman

Rayonda  2  idman məktəbi (Lənkəran Şəhər Gənclər və İdman idarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbi və “Təhsil” Respublika İdman mərkəzinin Lənkəran şəhər   Uşaq-Gənclər İdman-Şahmat Məktəbi) vardır. Bunlardan əlavə Lənkəran Olimpiya İdman Kompleksi,  Cənub Regional Boks Mərkəzi, “Zirvə” İdman Klubu,  Lənkəran Peşəkar  İdman Klubu, Neftçi İdman Klubu, Xəzər-Lənkəran İdman Klubu, Spartak KBTİC-nin Lənkəran şəhər  ictimai birliyi,  Cənub Regional Futbol Federasiyası, Cənub Qarışıq Döyüş Növləri Mərkəzi , “Xəzər” 92  İdman klubu idman yönümlü təşkilat kimi fəaliyyət göstərirlər.
Rayon ərazisində 202 idman qurğusu, 4 futbol stadionu, 1  kompleks idman qurğusu (Lənkəran Olimpiya İdman Kompleksi), 121 sadə idman qurğusu, 71 idman zalı  mövcuddur.
Rayonda bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 7476  nəfər təşkil edir. Onlardan 21 nəfər idman ustası (6 nəfər SSRİ idman ustası,1 nəfər Beynəlxalq idman ustası,14 nəfər Azərbaycan Milli İdman Ustası), 13 nəfər idman ustalığına namizəd, 105 nəfər I dərəcəli idmançı, 94 nəfər beynəlxalq  yarışların (21 nəfər Dünya çempionu, 70 nəfər Avropa birincisi, 3 nəfər İslam Həmrəyliy oyunlarının qalibi) mükafatçılarıdır.
Ümumilikdə rayonumuzda  boks, ağır-atletika, sərbəst-güləş, yunan-roma güləşi, futbol, voleybol, kik-boksinq, cüdo, büdo döyüş növləri (MMA, Qraplinq) taekvondo, şahmat,  poverliftinq, sambo, badminton, karate, basketbol idman  növləri  mövcuddur.
Rayon idmançılarından 2013-cü ildə  Litvada  ağır atletika idman növü üzrə  Avropa birinciliyində İmanzadə Rüstəm  qızıl medala, Əliquliyev Kənan bürünc medala, Belarusiyada keçirilmiş  Beynəlxalq şahmat festivalında Məcidzadə Şərif, Əhədzadə Kənan, Rzayev Murad  gümüş medala, Ukraynada keçirilmiş  Beynəlxalq şahmat festivalında   Əliyev Elnur, Həsənzadə Vüsal  qızıl medala, Əhədzadə Hacıəli, Əhədzadə Kənan  gümüş medala, Ağazadə Cəfərsadiq  bürünc medala, Rusiyada  keçirilmiş Şahmat festivalında  Həsənzadə  Vüsal və Mirzəzadə Nəzrin gümüş medala    sahib olmuşdur.
        2014-cü ildə  Rusiyada keçirilən  Beynəlxalq şahmat festivalında Mirzəzadə Nəzrin və Əhədzadə Hacıəli  bürünc medala,  avqust ayında Rusiyada keçirilən Beynəlxalq şahmat festivalında isə yeniyetmələr arasında Hacıəli Əhədzadə, yaşlılar arasında Məcidzadə Şərif   bürünc medala, Bolqarıstanda Sərbəst güləş idman növü üzrə  Yeniyetmələrin Avropa birinciliyində  Babazadə Ravil  bürünc medala, Bakıda keçirilmiş ilk olimpiya mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Beynəlxalq turnirdə iştirak edən idmançılardan yunan-roma güləşi üzrə İsmayılzadə Mirdamad gümüş medala,  Cahangirzadə  Səyyid  bürünc medala, sərbəst güləş üzrə  Babazadə Ravil  qızıl medala, Türkiyədə   keçirilmiş Beynəlxalq şahmat festivalında Əhədzadə Hacıəli qızıl medala, Məcidzadə Şərif  isə  bürünc medala layiq görülmüşdür.
       2015-ci ildə  Bakıda keçirilmiş  Sərbəst guləş üzrə Muşfiq  İsayevin xatirəsinə həsr olunmuş  Beynəlxalq turnirdə, eləcə də  İran Islam Respublikasında Beynəlxalq turnirdə Babazadə Ravil  bürünc medala, Türkiyədə  Boks  üzrə  beynəlxalq turnirdə  Kazımzadə Mirşərif qızıl medala, Türkiyədə  təşkil olunmuş  Ağır-atletika üzrə  Beynəlxalq turnirdə  və  Ağır-atletika üzrə   İsveçrədə keçirilmiş  Avropa  birinciliyində   Əzimova  Səbinə qızıl medala, Rusiyada keçirilmiş Beynəlxalq Şahmat Festivalında  Əhədzadə Hacıəli  qızıl medala,   Bakı-Open 2015” şahmat turnirində  Əkbərov Aydın  gümüş medala,  Rusiyada təşkil olunmuş Taekvondo üzrə Beynəlxalq  turnirdə  Hüseynli Qöncə   qızıl medala, Əmirzadə Kübra isə gümüş medala,  Rusiyada şahmat  festivalında  Allahverdiyeva  Ayan və Ağayev Nəriman qızıl medala, Əhədzadə Hacıəli gümüş medala boks üzrə Rusiyada keçirilmiş  Beynəlxalq  turnirdə  Məmmədov  Cavidan, Mustafazadə  Ağasəlim  qızıl medala,  Məmmədov  Polad  gümüş medala, Salmanzadə Sadiq bürünc medala layiq görülmüşlər.

2016-cı ildə  Türkiyədə  keçirilmiş  Ağır-atletika üzrə kişilər və qadınlar arasında beynəlxalq turnirdə   Rzazadə Lalə  qızıl medal, Məhərrəmzadə Sevər gümüş medal, Gürcüstanda  kikboksinq üzrə Beynəlxalq  turnirdə və karate üzrə Avropa çempionatında  Əliyev  Həsən  qızıl medal, İsveçdə keçirilmiş Sərbəst güləş üzrə Yeniyetmələrin Avropa birinciliyində Məmmədzadə  Mahir  qızıl medal, Türkiyədə  “Keşan”  Beynəlxalq Şahmat Festivalında   Əliyev Elnur  və  Mirzəzadə  Nəzrin gümüş medal,  “VIII – Hatay”  Beynəlxalq Şahmat Festivalında Mirzəzadə  Nəzrin  gümüş medal, İordaniyada  ağır-atletika üzrə İslam Ölkələri Federasiyalarının Həmrəyliyinin IV  çempionatında  Fətullayev  Rövşən I yerə, Məmmədli  Azər  gümüş medal, Polşada  Ağır atletika üzrə  15-17 yaşa qədər Yeniyetmələr arasında  Avropa birinciliyində  Qasımov Rüstəm  bürünc medal,  Əzimova  Səbinə  qızıl medal, Gürcüstanda təşkil olunmuş  sərbəst güləş üzrə Yeniyetmələr arasında Dünya  birinciliyində     Məmmədzadə Mahir gümüş medal qazanmışdır
       2017-ci ildəTürkiyədə keçirilmiş Taekvando üzrə Gənclər arasında Avropa  çempionatında Sultan  Fərid  qızıl medal, Əzizov  Ramin   gümüş medal, bundan sonra isə   Türkiyə Açıq Çempionatında  Əzizov Ramin  yenidən yüksək nəticə göstərərək   bürünc medal əldə etmişdir. 2017-ci ildə  Bakı şəhərində keçirilən  İslamiadada  taekvando yarışlarında  Əzizov Ramin  rəqiblərinin hamısına qalib gələrək  çempion olmuş, qızıl medala sahib olmuşdur. Ağır atletlərdən  Fətullayev Rövşən və   Əzimova Səbinə  isə   bürünc medallarla mükafatlandırılmışdır.
2018-ci ildə Bakı şəhərində təşkil olunmuş  Juboksinq Citsu idman növü üzrə Dünya  kuboku çempionatında  Məhərrəmova  Gülbəniz  qızıl medala, Polşada keçirilmiş  20-23 yaşa qədər idmançılar arasında Avropa birinciliyində ağır-atletika idman növü üzrə  Əzimova Səbinə, İbrahimli Paşa  gümüş medala, Ukraynada  keçirilmiş  MMA üzrə beynəlxalq turnirdə Məmmədov Ruslan qızıl medala, Bakı şəhərində  keçirilmiş Büdo döyüş növləri üzrə Dünya Açıq Büdo Döyüş sənəti Kubokunda Mirhəsənli Mürsəl gümüş medala layiq görülmüşdür. Argentinada  keçirilmiş ağır-atletika idman növü üzrə  Yeniyetmələrin Olimpiya oyunlarında Rzazadə  Lalə Azərbaycanı təmsil edən yeganə qadın idmançı olaraq VI yeri tutmuşdur.
2019-cu ildə  İsraildə keçirilmiş  Ağır atletika idman növü  üzrə  15-17 yaşlı yeniyetmələr  arasında Avropa birinciliyində  Məmmədov Elşan qızıl medal, Qasımov Rüstəm, Hüseynova Rahilə  bürünc medal   qazanmışdır. Bakı şəhərində Taekvando idman növü üzrə gənclər arasında V “Koreya Səfiri Kubokunda” Tağızadə Əli qızıl medal , Hüseynli Əli gümüş medal, Sultanlı Fərid, Qurbanov Yusif bürünc medal, Rusiya Federasiyasında  Taekvando üzrə  V ənənəvi  beynəlxalq  turnirdə Əliyev Əli qızıl medal, Qurbanov Yusif, Tağızadə Əli, Həbibli Taleh gümüş medal , Rəhimzadə Ümid, Abbasəlizadə Yusif, Əliyev Fərid, Babazadə Suzanna bürünc medal əldə etmişdir.Taekvando idman növü üzrə həmçinin  Gürcüstanda  təşkil olunmuş  “Tbilisi Open” beynəlxalq səviyyəli  yarışda  Əlizadə İbrahim, Babazadə Davud, Tağızadə Əli qızıl medala, Hüseynli Əli gümüş medala, Məmmədov Gülağa, Əliyev Əli bürünc medala  layiq görülmüşdür. Bakı şəhərində keçirilmiş Poverliftinq, Bençpress və deadlift  üzrə  Beynəlxalq turnirdə  Əsədov Teymur, Nəcəfov Müseyib gümüş medala, Bakı şəhərində  Büdo döyüş növləri üzrə beynəlxalq turnirdə  Hacıyev Vüsal, Mürsəlli Mürsəl, Mirzəzadə İdris, Mirzəzadə  Natiq, Məmmədli Həsən  qızıl medala, Fərəczadə Rəhman gümüş medala layiq görülmüşdür.Kikboksinq üzrə  Gürcüstanda   keçirilmiş beynəlxalq turnirdə  Əliyev Həsən qızıl medala  layiq görülmüşdür.

Keçidlər