2019-cu ildə Lənkəran rayonunun
sosial-iqtisadi inkişafının makroiqtisadi
göstəriciləri
Lənkəran rayonunda iqtisadiyyatın sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 407628,4 min manat olmuş və keçən illə müqayisədə 12,5 faiz azalmışdır. Ümumi məhsulun 12,8 faizi sənayedə, 28,6 faizi kənd təsərrüfatında, 15,0 faizi tikintidə, 2,5 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,7 faizi informasiya və rabitədə, 40,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində istehsal olunmuşdur.
2019-cu ildə qarğıdalı da daxil olmaqla 5933,7 ton taxıl, 3786,3 ton kartof, 80321,4 ton tərəvəz, 686,6 ton bostan məhsulları, 19342,8 ton meyvə, 281,6 ton yaşıl çay yarpağı istehsal olunmuşdur.
İri buynuzlu mal-qaranın sayı 2019-cu il yanvarın 1-i ilə müqayisədə 586 baş artaraq 53032 başa çatmışdır.Məhsuldar inək və camışların sayı bu vaxt ərzində 24315 başa çatmış və sürüdə xüsusi çəkisi 45,8 faiz olmuşdur.Qoyun və keçilərin sayı isə 230 baş artaraq 23391 baş təşkil etmişdir.
2019-cu ildə diri çəkidə 6838,7 ton ət, 34785,2 ton süd, 19,1 milyon ədəd yumurta istehsal olunmuş, ət istehsalı 122,2 ton ( 1,4 faiz ), süd istehsalı 695,7 ton ( 2,0 faiz ), yumurta istehsalı 170 min ədəd ( 0,9 faiz ) artmışdır.
İqtisadiyyatın aparıcı sahəsi olan sənayedə məhsul istehsalı 2018-ci illə müqayisədə 3,1 faiz artmış və 51989,2 min manat olmuşdur. İstehsalın həcmi emal sənayesində 6,8 faiz artmışdır. Qeyri dövlət bölməsində sənaye məhsulunun 81,4 faizi istehsal olunmuş və 6,8 faiz artmışdır.
İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 64066,0 min manat həcmində investisiyadan istifadə edilmiş, 60960,8 min manatlıq tikinti quraşdırma işləri görülmüşdür.
2018-ci illə müqayisədə istifadə olunmuş vəsaitin məbləği 57,4 faiz, tikinti quraşdırma işlərinin həcmi isə 54,4 faiz azalmışdır. İl ərzində ümumi sahəsi 29655,7 kv m olan yaşayış evləri istifadəyə verilmişdir.
2019-cu ildə əhaliyə 505389,2 min manatlıq istehlak malları satılmış və 99182,4 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. Ticarət dövriyyəsi 3,1 faiz, ödənişli xidmətlərin həcmi isə 2,2 faiz artmışdır.
Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2018-ci illə müqayisədə 23,6 faiz artaraq 368,8 manata çatmışdır.
İlkin hesablamalara görə 2020-ci ilin əvvəlinə rayonun əhalisi 230,0 min nəfər olmuş və il ərzində 0,7 faiz və ya 1540 nəfər artmışdır.
2019-cu ildə yerli büdcəyə 19318,0 min manat və ya 2018-ci ilə nisbətən 3829,8 min manat ( 24,7 faiz ) çox vəsait daxil olmuşdur. Bu dövrdə büdcədən 16228,1 min manat və ya 2018-ci ildə olduğundan 2534,3 min manat ( 18,5 faiz ) çox vəsait xərclənmişdir.
(min manatla)
|
2019-cu il faktiki |
2019-cu il 2018-ci ilə nisbətən, faizlə |
Məlumat üçün 2018-ci il 2017-ci ilə nisbətən, faizlə |
Ümumi məhsul buraxılışın həcmi |
407628,4 |
87,5 |
101,1 |
Sənaye məhsullarının həcmi |
51989,2 |
103,1 |
102,6 |
Əsas kapitala yönəldilən investisiyalar |
64066,0 |
42,6 |
91,3 |
Tikinti quraşdırma işlərinin həcmi |
60960.8 |
45,6 |
89,0 |
Kənd təsərrüfatının ümumi məhsulu |
116435,2 |
106,0 |
98,9 |
o cümlədən: bitkiçilik məhsulu |
62357,9 |
110,2 |
93,5 |
heyvandarlıq məhsulu |
54077,3 |
101,9 |
105,2 |
Nəqliyyat sektorunda yük daşınması, min ton |
2475,0 |
102,3 |
102,9 |
Rabitə xidmətlərinin həcmi |
2977,8 |
109,5 |
106,9 |
Pərakəndə ticarət dövriyyəsi |
505389,2 |
103,1 |
101,9 |
Dövlət büdcənin gəlirləri |
19318,0 |
124,7 |
111,3 |
Dövlət büdcənin xərcləri |
16228,1 |
118,5 |
102,0 |
Əhaliyə göstərilən ödənişli xidmətlər |
99182,4 |
102,2 |
101,7 |
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat |
368,8 |
123,6 |
106,6 |
İstehlak qiymətlərinin indeksi |
x |
102,4 |
102,3 |
Sənaye
2020-ci il yanvarın 1-i vəziyyətinə Lənkəran rayonunda 59 sənaye müəssisəsi qeydə alınmış və hazırda onların 30-u fəaliyyət göstərir.Fəaliyyət göstərən müəssisələrin 3-ü xarici müəssisə, 5-i səhmdar cəmiyyəti, 15-i iri və orta, 15-i isə kiçik müəssisələrdir.Rayon sənayesi əsasən qida məhsulları istehsalı, elektrik enerjisinin, qaz və suyun bölüşdürülməsi kimi sənaye sahələri ilə təmsil olunmuşdur.
Ölkədə azad sahibkarlıq mühitinin formalaşması yeni təsərrüfatçılıq formalarının yaranmasına təkan vermişdir. Bunlardan biri də fərdi sahibkarlıqdır. 2020-ci il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sənaye fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 29 nəfər olmuşdur.
2019-cu ildə rayonun sənaye müəssisələri, habelə fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 51989,2 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmi 1998-ci ilə nisbətən 18,0 dəfə, 2018-ci illə müqayisədə isə 3,1 faiz çox olmuşdur.
İstehsalın ümumi həcmində məhsul istehsalın payı 81,4 faiz, xidmətlərin payı isə 18,6 faiz təşkil etmişdir.
2019-cu ildə qeyri-dövlət müəssisələrində istehsalın həcmi əvvəlki ilə nisbətən 6,8 faiz artmış və rayon sənayesinin ümumi məhsulunda onun payı 81,4 faiz olmuşdur.
Sənaye məhsulu istehlakçılarına 48035,2 min manatlıq və ya bütün sənaye istehsalının 92,4 faiz qədər məhsul göndərilmişdir.
2020-ci il yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 5493,1 min manatlıq və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1442,9 min manat çox məhsul qalığı olmuşdur.
İqtisadi fəaliyyət növlərinin təsnifatına görə sənayenin işi aşağıdakı kimi xarakterizə olunur:
|
2019-cu ildə istehsal edilmişdir, min manat |
2018-ci ilə nisbətən, faizlə |
Cəmi |
51989,2 |
103,1 |
o cümlədən : dövlət sektoru |
9877,6 |
93,9 |
qeyri-dövlət sektoru |
42111,6 |
106,8 |
Ümumi yekundan istehsal olunmuş məhsulun (işlərin, xidmətlərin) müəssisənin fəaliyyət növünə görə bölgüsü |
|
|
Mədənçıxarma sənayesi |
171,9 |
96,6 |
Emal sənayesi |
41939,7 |
106,8 |
o cümlədən: qida məhsulları istehsalı |
39278,8 |
110,3 |
içki istehsalı |
140,1 |
394,2 |
tikinti materiallarının istehsalı |
352,2 |
51,5 |
poliqrafiya məhsullarının istehsalı |
87,0 |
171,4 |
sair istehsal |
2081,1 |
17,9 |
Elektrik, enerji qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
8455,8 |
102,2 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
1421,8 |
63,4 |
Mədənçıxarma bölməsində istehsalın həcmi 171,9 min manat olmaqla, ötən ilin müvafiq dövrünün səviyyəsindən 3,4 faiz aşağı olmuşdur. Sahənin əsas məhsulu hesab olunan çınqıl, qum, xırda çay daşı istehsalı 3,3 faiz azalaraq 25,4 min ton təşkil etmişdir.
Lənkəran rayonu sənayesinin əsas hissəsini qida məhsulları istehsalı təşkil edir. Sənayenin bu sahəsi tərəfindən 39278,8 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da bütün emal sənayesi məhsulunun 93,7 faizini təşkil etmişdir. Qida məhsulları istehsalı keçən ilə nisbətən 10,3 faiz artmışdır.
2019-cu ildə sənaye müəssisələri tərəfindən natura ifadəsində 3011,5 ton qablaşdırılmış çay, 780,0 ton çörək, 34,2 min dekalitr səməni pivəsi, 5,2 ton kərə yağı, 1442,0 ton süd, 42,0 ton pendir istehsal edilmişdir.
|
Ölçü vahidi |
İstehsal edilmişdir |
Keçən ilə nisbətən, faizlə |
Meyvə və tərəvəz konservi |
Ton |
14568,6 |
177,9 |
Qablaşdırılmış çay |
Ton |
2984,6 |
118,9 |
Təzə çörək |
Ton |
780,0 |
89,9 |
Səməni pivəsi |
Min dal |
34,2 |
7,6dəfə |
Kərə yağı |
Ton |
5,2 |
113,0 |
Süd |
Min litr |
1442,0 |
115,6 |
Pendir və kəsmik |
Ton |
42,0 |
58,4 |
Ayran |
Ton |
7,0 |
47,3 |
Qaymaq və yoqurt |
ton |
33,9 |
105,9 |
Kərpic |
Kub metr |
2233,0 |
93,9 |
Sənayedə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin xüsusi çəkisi 16,3 faizdir və 2019-cu il ərzində 8455,8 min manatlıq ( keçən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz çox ) məhsul istehsal olunmuş, xidmətlər göstərilmişdir. Rayonda 163,4 milyon kvt-saat elektrik enerjisi ( keçən ilə nisbətən 0,4 faiz az ), 81,6 milyon kub metr təbii qaz ( keçən ilə nisbətən 6,3 faiz çox ) satılmışdır.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 37,6 faiz azalmış və 1421,8 min manat təşkil etmişdir.
Sənaye müəssisələrində 1874 nəfər çalışmış və onların orta aylıq nominal əmək haqqı 2018-ci ilə nisbətən 31,8 faiz artaraq 401,9 manat təşkil etmişdir.
Sənayenin bölmələri üzrə orta aylıq nominal əmək haqqı,manat
Fəaliyyət növlərinin adı |
2019-cu ilin yanvar-dekabr aylarında |
2018-ci ilin müvafiq dövrünə nisbətən, faizlə |
Cəmi |
401,9 |
131,8 |
Mədənçıxarma sənayesi |
233,8 |
116,0 |
Emal sənayesi |
323,7 |
127,6 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
629,6 |
100,5 |
Su təchizatı, tullantılarının təmizlənməsi və emalı |
314,7 |
195,0 |
Əsaslı tikinti
2019-cu ildə rayonda istifadəyə verilmiş əsas fondların ümumi dəyəri 51579,6 min manat, əsas kapitala yönəldilmiş investisiyanın həcmi 64066,0 min manat, tikinti quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 60960,8 min manat təşkil etmişdir. 2018-ci ilə nisbətən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 57,4 faiz, tikinti quraşdırma işlərinin həcmi isə 54,4 faiz azalmışdır.
Rayonun iqtisadiyyatına yönəldilmiş investisiyanın 22975,4 min manatını və ya 35,9 faizini özəl investisiya təşkil etmişdir ki, bu da keçən ilə nisbətən 76,5 faiz az olmuşdur.
Rayonda tikinti kompleksinin sabit və dinamik inkişafı yeni istehsal obyektlərinin tikilib işə salınması və yeni iş yerlərinin açılmasına geniş imkan yaradır.
İl ərzində ümumi sahəsi 29655,7 kv m olan yaşayış evləri istifadəyə verilmişdir. Mənzil tikintisi ötən ilə nisbətən 5,7 faiz azalmışdır.
Ümumi sahəsinin 22285,7 kvadrat metri( 202 ədəd) əhalinin şəxsi vəsaiti hesabına tikilmişdir. Rayonun sakinləri özlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış tikintisinə 11867,2 min manat vəsait xərcləmişlər.
2020-ci ilin əvvəlinə rayonun ümumi mənzil fondu 4624,1 min kvadrat metr olmuşdur. Onun 4483,8 min kvadrat metri və ya 97,0 faizi fərdi mənzil fonduna, 140,3 min kvadrat metri və ya 3,0 faizi dövlət, ictimai və mənzil tikinti kooperativləri fonduna məxsusdur.
Tikinti sahəsində fəaliyyət göstərən tikinti təşkilatları hesabat ilində öz gücləri ilə 60745,3 min manatlıq və ya əvvəlki ilin səviyyəsindən 4,0 faiz çox tikinti işləri yerinə yetirmişlər. Tikinti işlərinin 14446,7 min manatını ( 23,8 faizini ) yeni tikinti, 6342,5 min manatını ( 10,4 faizini ) əsaslı təmir, 39956,1 min manatını ( 65,8 faizini ) cari təmir işləri təşkil etmişdir.Öz güclərilə yerinə yetirilmiş tikinti işlərinin 39302,4 min manatı ( 64,7 faizi ) dövlət müəssisələrində olan təşkilatların, 21442,9 min manatı ( 35,3 faizi ) qeyri-dövlət mülkiyyətində olan tikinti təşkilatlarının payına düşür.
2020-ci il yanvar ayının 1-nə tikinti sahəsində fəaliyyət göstərən müəssisələrdə işləyənlərin orta sayı 616 nəfər olmuş, onların orta aylıq nominal əmək haqqı 332,9 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı 2019-cu ilə nisbətən 12,7 faiz artmışdır.
Kənd təsərrüfatı
2019-cu ilin yanvar-dekabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 116435,2 min manat təşkil etmişdir ki, onun da 62357,9 min manatı bitkiçilik, 54077,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşmüşdür.
2018-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 6,0 faiz artmışdır. Bitkiçilik məhsullarının istehsalı 10,2 faiz, heyvandarlıq məhsullarının istehsalın isə 1,9 faiz artmışdır.
Bitkiçilik. 2019-cu ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 2248 hektar əkin sahəsindən 5933,7 ton və ya 2018-ci illə müqayisədə 6,2 faiz çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 26,4 sentner təşkil etmişdir.
İstehsal olunmuş taxıl məhsulunun 23,6 faizini (1402,3 ton) buğda, 1,8 faizini (105,0 ton) arpa, 7,4 faizini (438,1 ton) qarğıdalı, 57,6 faizini (3418,0 ton) çəltik, 9,6 faizini (570,3 ton) paxlalılar təşkil etmişdir.
2019-cu ildə 3786,3 ton və ya əvvəlki ilə nisbətən 4,9 faiz az kartof, 80486,2 ton (10,2 faiz çox) tərəvəz, 686,6 ton (0,7 faiz az) bostan məhsulları toplanmışdır. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 88,9 sentner, bostan məhsulları üzrə 78,0 sentner, tərəvəz üzrə isə 202,9 sentner olmuşdur.
2018-ci illə müqayisədə 2019-cu ildə 26 hektar çox çəltik əkilmişdir. 852 hektar əkilmiş çəltik sahəsindən 3418 ton məhsul götürülmüşdür ki, bu da keçən illə müqayisədə 31,4 ton çoxdur.Çəltiyin hər hektardan məhsuldarlığı 40,1 sentner olmaqla 2018-ci illə müqayisədə 0,9 sentner az olmuşdur.
Meyvə və giləmeyvə istehsalı 2019-cu ildə 6,4 faiz artaraq 19342,8 ton təşkil etmişdir. İl ərzində əlavə olaraq 11,3 hektarda limon, 2,0 hektarda naringi meyvə bağları salınmışdır.
2019-cu ildə 686 ton (21,1 faiz çox) üzüm, 281,6 ton (1,3 faiz çox) yaşıl çay yarpağı yığılmışdır. Rayonda 12 hektar yeni çay sahəsi salınmışdır.
Bitkiçilik məhsullarının yığımı aşağıdakı cədvəldə verilmişdir:
|
2019-cu ilin yanvar-dekabr ayları |
2018-ci ilin yanvar-dekabr ayları |
||||
Yığılmış sahə, hektar |
Yığılmış məhsul, ton |
Məhsul-darlıq sent/ha |
Yığılmış sahə, hektar |
Yığılmış məhsul, ton |
Məhsul-darlıq sent/ha |
|
Payızlıq və yazlıq dənli və dənli (paxlalı) bitkilərin cəmi |
2248 |
5933,7 |
26,4 |
2070 |
5589,2 |
27,0 |
Ondan; buğda |
644 |
1402,3 |
21,8 |
498 |
1049,0 |
21,1 |
çəltik |
852 |
3418,0 |
40,1 |
826,0 |
3386,6 |
41,0 |
Kartof |
426 |
3786,3 |
88,9 |
442 |
3985,1 |
99,1 |
Tərəvəz |
3951 |
80321,4 |
203,3 |
3974 |
73054,7 |
183,8 |
Ərzaqlıq bostan bitkiləri |
88 |
686,6 |
78,0 |
96 |
691,2 |
72,0 |
Meyvə |
1680,2 |
19342,8 |
115,1 |
1959,6 |
18171,5 |
108,3 |
Yaşıl çay yarpağı |
414,0 |
281,6 |
6,8 |
628,5 |
278,1 |
3,5 |
Heyvandarlıq. 2019-cu ildə 6838,7 ton, yaxud əvvəlki ilə nisbətən 1,4 faiz çox diri çəkidə ət, 34785,2 ton (2,0 faiz çox) süd, 19061 min ədəd (0,9 faiz çox) yumurta, 39,4 ton (1,0 faiz çox) yun istehsal olunmuşdur.
2019-cu ildə hər inək və camışdan orta hesabla 1428 kiloqram süd sağılmışdır (2018-ci ildə 1434 kq).
Heyvandarlıq məhsullarının istehsalının dəyişməsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə aşağıdakı kimi olmuşdur.
|
Ölçü vahidi
|
2019-cu il |
2018-ci il |
2019-cu il 2018-ci ilə nisbətən, %-lə |
Ət ( diri çəkidə ) |
ton |
6838,7 |
6746,3 |
101,4 |
Süd |
ton |
34785,2 |
34089,5 |
102,0 |
Yumurta |
min ədəd |
19061,0 |
18891,0 |
100,9 |
Yun |
ton |
39,4 |
39,0 |
101,0 |
İlkin məlumatlara görə 2020-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 53032 baş iribuynuzlu mal-qara, o cümlədən 24315 baş inək və camışlar mövcud olmuşdur. Qaramal naxırının 45,8 faizini inək və camışlar təşkil edir. Qoyun və keçilərin sayı 23391 baş olmaqla il ərzində 230 baş artmışdır.
Ötən il quşçuluq təsərrüfatlarında diri çəkidə 157,8 ton quş əti istehsal olunmuşdur.
Nəqliyyat və rabitə
2019-cu ildə Lənkəran rayonunda avtomobil nəqliyyatı vasitəsi ilə yük daşınması əvvəlki illə müqayisədə 2,3 faiz artaraq 2475 min ton, sərnişin daşınması isə 3,1 faiz artaraq 34518 min sərnişin olmuşdur. Bu dövrdə yük dövriyyəsi 486,5 milyon ton-km olmaqla 2,1 faiz, sərnişin dövriyyəsi 383,9 milyon sərnişin-km olmaqla 2,4 faiz artmışdır.
Nəqliyyat sektorunda məhsul buraxılışının həcmi 10377,9 min manat olmuş və 2018-ci illə müqayisədə 7,3 faiz artmışdır. Məhsul buraxılışının həcmində yük daşınmasından əldə olunan gəlirlər 3466,3 min manat ( ümumi gəlirin 33,4 faizi ), sərnişin daşınmasından əldə olunan gəlirlər 6911,6 min manat ( ümumi gəlirin 66,6 faizi ) olmuşdur.
Fiziki şəxslər üzrə məhsul buraxılışının həcmi 5,1 faiz artmış və 9655,1 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışında onun xüsusi çəkisi 93,0 faiz olmuşdur.
Fiziki şəxslər üzrə məhsul buraxılışının 3304,8 min manatı ( 34,2 faizi ) yük daşınmasından, 6350,2 min manatı ( 65,8 faizi ) sərnişin daşınmasından əldə olunmuşdur.
2020-ci il yanvarın 1-i vəziyyətinə rayonda 20343 ədəd avtomobil mövcud olmuş və ya ötən ilin eyni dövrü ilə müqayisədə 742 ədəd artmışdır. Avtomobillərin 17154 ədədini və ya 84,3 faizini minik, 2629 ədədini və ya 12,9 faizini yük avtomobili, 401 ədədini və ya 2,0 faizini sərnişin avtobusu təşkil etmişdir. Hazırda hər 100 ailədən 34-ü şəxsi minik avtomobilinə malikdir.
2019-cu ildə rayonun informasiya və rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə 2972,8 min manatlıq xidmət göstərilmişdir. Xidmətlərin həcmi əvvəlki ilə nisbətən 9,5 faiz artımla müşahidə olunmuşdur.
Lənkəran əhalisinin telefon rabitəsi ilə təminatı yüksək səviyyədədir. 2020-ci ilin əvvəlinə rayonda mənzillərdə əsas telefon aparatlarının sayı 32025 təşkil etmişdir. Bu gün hər yüz ailədən 64-ü telefon rabitəsi ilə təmin olunmuşdur.
2019-cu ildə rayonun informasiya və rabitə müəssisələrində 284 işçi çalışmış, bir işçinin orta aylıq nominal əmək haqqı 412,4 manat olmuşdur.
Ticarət və xidmət bazarı
2019-cu ildə rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 505389,2 min manat, əhaliyə göstərilən ödənişli xidmətlər 99182,4 min manat olmuşdur. 2018-ci illə müqayisədə ticarət dövriyyəsinin həcmi 3,1 faiz, ödənişli xidmətlərin həcmi 2,2 faiz artmışdır. Ölkənin ümumi əmtəə dövriyyəsində rayonun payı 1,3 faiz təşkil edir.
Pərakəndə ticarət dövriyyəsinin və əhaliyə göstərilən ödənişli xidmətlərin real həcminin getdikcə artması istehlak bazarının müxtəlif çeşidlə əmtəə ehtiyatları ilə daha dolğun təmin olunmasının, əhalinin alıcılıq qabiliyyətinin artmasının, həyat səviyyəsinin yüksəlməsinin bariz nümunəsidir.
Pərakəndə ticarət dövriyyəsinin 9,9 faizi hüquqi şəxslər, 12,7 faizi kənd təsərrüfatı bazarı, əşya və qarışıq mallar yarmarkası, 77,4 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər tərəfindən formalaşmışdır.
İl ərzində fiziki şəxslərin fəaliyyət dairəsi daha çox genişlənmiş, rayon əhalisinin ərzaq məhsulları və qeyri ərzaq malları ilə tələbatının ödənilməsində onlar müstəsna rol oynamışdır.Pərakəndə ticarət dövriyyəsinin real artımının, demək olar ki, 90,1 faizi bu müəssisələrin hesabına əldə olunmuşdur. Hesabat dövründə fiziki şəxslər tərəfindən əhaliyə 455417,7 min manatlıq və ya əvvəlki ilin müvafiq göstəricilərindən 2,0 faiz çox istehlak malları satılmışdır.
Əhalinin alıcılıq qabiliyyətinin getdikcə artması pərakəndə ticarət dövriyyəsinin strukturuna müsbət təsir göstərmiş, əmtəə dövriyyəsində əhalinin pul gəlirlərinin artmasını səciyyələndirən mühüm göstəricilərdən sayılan qeyri-ərzaq mallarının payının artması müşahidə olunmuşdur. 2019-cu ildə pərakəndə ticarət dövriyyəsində qeyri ərzaq mallarının xüsusi çəkisi 36,8 faiz təşkil etmişdir. İl ərzində əhaliyə 319069,2 min manatlıq ərzaq, 186320,0 min manatlıq qeyri ərzaq malları satılmış və onların fiziki həcmi müvafiq olaraq 2,5 və 3,2 faiz artmışdır.
2019-cu ildə orta hesabla rayonun hər sakini tərəfindən ticarət şəbəkələrindən 2204 manatlıq istehlak malları alınmışdır. 2018-ci ilə nisbətən rayonun hər sakini tərəfindən alınmış əmtəənin həcmi 104 manat çox olmuşdur.
2019-cu ildə Lənkəran rayonunda fəaliyyət göstərən iaşə müəssisələri tərəfindən əhaliyə 10904,6 min manatlıq və ya 15,9 faiz çox iaşə xidmətləri göstərilmişdir.
Rayonda xidmət sahələrinin fəaliyyətinin genişlənməsi və inkişafı nəticəsində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi xeyli artaraq əvvəlki ilin səviyyəsini 2,2 faiz üstələmiş və 99182,4 min manat təşkil etmişdir.
2019-cu ildə əhaliyə göstərilmiş ödənişli xidmətlərin dörddə bir hissəsi ( 23,4 faizi ) hüquqi şəxslər tərəfindən təmin olunmuşdur.
Hesabat ilində əhaliyə göstərilmiş ödənişli xidmətlərin 76,6 faizi fiziki şəxslərin payına düşmüşdür. Bu müəssisələr tərəfindən əhaliyə göstərilmiş xidmətlərin real həcmi 0,8 faiz artaraq 75995,1 min manat olmuşdur.
Əhaliyə göstərilmiş ödənişli xidmətlərin 19,6 faizi dövlət, 80,4 faizi qeyri-dövlət müəssisələrinin payına düşmüşdür.
2019-cu il ərzində rayon əhalisinə 11211,9 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da 2018-ci ilə nisbətən 1,1 faiz çox olmuşdur. Əhaliyə göstərilən məişət xidmətinin 98,8 faizi fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.