Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Sukanal İdarəsi

Lənkəran Sukanal İdarəsi

 

Lənkəran Sukanal İdarəsinin əsas vəzifəsi və funksiyası aşağıdakılardır:

  • Azərsu ASC 01.09.2004-cü il tarixli Sərəncam ilə Lənkəran Sukanalizasiya İdarəsi, Lənkəran Su Təchizatı Müəssisəsi ilə birləşərək Lənkəran Sukanal İdarəsi adlandırıldı. Həmin tarixdən Lənkəran Sukanal İdarəsi şəhər və kəndlərdə 13570 abanentə, yəni 41000 nəfərə xidmət edir;
  • Lənkəran Sukanal İdarəsinin əsas vəzifəsi rayon ərazisində su təchizatı və kanalizasiya xidmətlərini təşkil etmək və aidiyyatı şöbələr vasitəsi ilə həyata keçirilməsini təmin etmək;
  • Lənkəran şəhərində, kəndlərdə əhalinin və digər tələbatşıların içməli suya təlabatlarını, habelə çirkab suların axıdılması xidmətini təmin etmək üçün müvafiq təşkilatı və tenoloji tədbirləri həyata keçirir;
  • Lənkəran Sukanal İdarəsi suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində əhaliyə, təşkilatlara verilməsini təşkil edir və həyata keçirilməsinə nəzarət edir;
  • Su təmizləyici qurğunun, nasos stansiyaların, su kəmərlərinin istismarı, təmiri və onlara texniki xidmət göstərməsi işlərini icra edir, onların bu sahədə fəaliyyətini tənzimləyir;
  • Tullantı sularını kənar etmək üçün kanalizasiya qurğuları və sisteminin ahəngdar iş üzrə müvafiq şöbələrin fəaliyyətini təşkil edir və həyata keçirir;
  • Su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericilikdə nəzərdə tutulmuş sanitar mühafizə zonalarının yaradılması və onlara nəzarət rejiminin həyata keçirilməsini təmin edir;
  • İstehsal olunan içməli suyun və axıdılan çirkab suyun miqdarının təyin edilməsi üçün abanentlərin ünvanına su sayğaclarının quraşdırılmasını təmin edir və istismara qəbul edir;
  • Su və kanalizasiya xətlərinə qoşulmalar üçün hüquqi və fiziki şəxslərin müraciətləri əsasında müvafiq qaydada verilmiş texniki şərtlərə əməl edilməsi üzərində nəzarəti həyata keçirir;
  • İdarə avtonəqliyyat vasitələrinin, xüsusi təyinatlı maşın mexanizmlərin və digər texniki vasitələrin istismarını təşkil edir;
  • Lənkəran Sukanal İdarəsi "Azərsu" ASC, "Birləşmiş Sukanal" MMC-nin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərir;
  • Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

 

Ünvan: Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi 95

Əlaqə telefonu: (025) 254-29-81

                          (050) 642-76-47

Keçidlər