Home Contact Phone
background
  • Ünvan: AZ4200 Lənkəran şəhəri, Ş.Axundov küçəsi, 33
  • Faks: (+994 25) 255-48-11
  • E-mail: mail@lenkeran-ih.gov.az

Xəbərlər

  • Taleh Qaraşov Vilvan kəndində vətəndaşları ...

    Taleh Qaraşov Vilvan kəndində vətəndaşları qəbul etdi

    2016-04-28

    Lənkəran ŞİH-nin başçısı növbəti səyyar qəbul-görüşünü aprelin 28-də Vilvan kəndində keçirdi.

  • LƏNKƏRANDA AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 93-C...

    LƏNKƏRANDA AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 93-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

    2016-04-27

    Aprelin 27-də Lənkəran ŞİH-nin və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

  • Lənkəranda “Narkotiklərə-YOX deyək” mövz...

    Lənkəranda “Narkotiklərə-YOX deyək” mövzusunda tədbir keçirildi

    2016-04-26

    26 aprel 2016-cı il tarixdə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyət, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Komissiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Narkotiklərə-YOX deyək” kütləvi ictimai kompaniya çərçivəsində tədbir keçirilmişdir.

  • Lənkəranda  Çernobıl iştirakçıları ilə g...

    Lənkəranda Çernobıl iştirakçıları ilə görüş keçirildi

    2016-04-25

    Aprelin 25-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Çernobıl hadisələrinin 30 illiyi münasibətə ilə tədbir keçirildi. Tədbiri Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov açdı.

  • Lənkəranda vətənpərvərlik mövzusunda tədbi...

    Lənkəranda vətənpərvərlik mövzusunda tədbir keçirilib

    2016-04-20

    Lənkəran rayonunun Nərimanabad qəsəbəsində də 20 aprel 2016-cı il tarixdə 2-5 aprel 2016-cı il tarixdə erməni təxribatının qarşısını alarkən şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinin yad edilməsi və gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsinin təşkil olunmasından ötrü tədbir keçirilmişdir.

  • İcra başçısı növbəti səyyar qəbul-görü...

    İcra başçısı növbəti səyyar qəbul-görüşü Havzova kəndində keçirdi

    2016-04-15

    Aprelin 14-də Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Havzova kəndində əhali ilə səyyar qəbul-görüşünü keçirmişdir. Görüşdə Havzava kənd İcra nümayəndəsi Qurban Quliyev ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat vermiş, əhalini narahat edən problemləri diqqətə çatdırmışdır.

  • Taleh Qaraşov Separadi kəndində əhali ilə  g...

    Taleh Qaraşov Separadi kəndində əhali ilə görüşüb

    2016-04-14

    Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü aprelin 13-də Separadi kəndində keçirmişdir.

  • Lənkəranda I rübün yekunları müzakirə edild...

    Lənkəranda I rübün yekunları müzakirə edildi

    2016-04-12

    Aprelin 12-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. İclasda “2016-cı ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr“ mövzusunda məsələ müzakirə edilmişdir.

  • LƏNKƏRANLI GƏNCLƏR MİLLİ ORDU SIRALARINA TƏ...

    LƏNKƏRANLI GƏNCLƏR MİLLİ ORDU SIRALARINA TƏNTƏNƏLİ ŞƏKİLDƏ YOLA SALINDILAR

    2016-04-11

    Aprelin 11-də lənkəranlı çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma tədbiri keçirildi.

  • Lənkəran daha bir şəhidini torpağa tapşırd...

    Lənkəran daha bir şəhidini torpağa tapşırdı

    2016-04-08

    Aprelin 6-da Goranboy rayonunun Tapqaraqoyunli kəndi istiqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş giziri, Rusif İbrahim oğlu Ağayev doğulduğu Lənkəran rayonunun Hirkan qəsəbəsində dəfn olunub.

  • Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Lən...

    Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Lənkəranda dəfn olundu

    2016-04-07

    Aprelin 4-də cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri, 19 yaşlı Əlizaman Fərrux oğlu İslamov bu gün doğulduğu Lənkəran rayonunun Cil kənd qəbirstanlığında dəfn edilib.

  • Lənkəranda gənclər vətənpərvər olduqların...

    Lənkəranda gənclər vətənpərvər olduqlarını nümayiş etdirdilər

    2016-04-05

    Aprelin 5-də Lənkəran Dövlət Universitetində Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla əlaqədar mitinq keçirilidi. Universitet Tələbə Gənclər Təşkilatının keçirdiyi mitinqdə 1500-dən çox tələbə iştirak edirdi.

  • Cəbhə bölgəsində Milli Ordumuzun uğurların...

    Cəbhə bölgəsində Milli Ordumuzun uğurlarını Lənkəran ictimaiyyəti sevinclə qarşılayır

    2016-04-04

    Son günlərdə işğal olunmuş ərazilərdə erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasını darmadağın etməsini və Təhlükəsizlik Şurasının föfqəladə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal olunmuş torpaqların azad olunmasının Azərbaycan xalqının tarixi olduğu və qüdrətli Azərbaycan Ordusunun bu şərəfli vəzifəni yerinə yetirdiyini bəyan etməsini hər bir azərbaycanlı kimi hər bir lənkəranlı da böyük sevinclə qarşılayır.

  • 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI QURBANLARININ...

    31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI QURBANLARININ XATİRƏSİ LƏNKƏRANDA DƏRİN EHTİRAMLA ANILDI

    2016-03-31

    1918-ci il martın 31-də Bakı, Şamaxı, Quba qəzalarında, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla azərbaycanlıların soyqırımı həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış və milli-mədəniyyət abidələrimiz dağıdılıb məhv edilmişdir.

  • İCRA BAŞÇISI TALEH QARAŞOV NÖVBƏTİ SƏYYAR ...

    İCRA BAŞÇISI TALEH QARAŞOV NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜNÜ ŞAĞLASER KƏNDİNDƏ KEÇİRDİ

    2016-03-27

    Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü martın 28-də Şağlaser kəndində keçirdi. Görüşdə İcra başçısının müavinləri və aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların və xidmət sahələrinin rəhbərləri, 300 nəfər kənd sakini iştirak edirdi.

  • “Ölkəmizi tanıyaq” tur-aksiyanın bir qrupu...

    “Ölkəmizi tanıyaq” tur-aksiyanın bir qrupu Lənkəranda

    2016-03-27

    “Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Sumqayıt şəhərinin, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Zəngilan rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri martın 24-də axşam saatlarında Lənkərana gəliblər.

  • Lənkəranda uşaq evində novruz şənliyi

    Lənkəranda uşaq evində novruz şənliyi

    2016-03-20

    Heydər Əliyev Fondunun dəstəyi ilə Osman Mirzəyev adına Lənkəran şəhər qarışıq tipli uşaq evində Novruz şənliyi keçirilmişdir. Valideyn himayəsindən məhrum olan uşaqları bayram münasibətilə təbrik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təhsil və tərbiyyə müəssisəsinə göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Qeyd etdi ki, ölkəmizdə bu qəbildən olan soydaşlarımız üçün keçirilən tədbirlər böyüməkdə olan nəslə, körpə və kimsəsiz uşaqlara göstərilən yüksək səviyyəli mərhəmətli qayğının parlaq nümünəsidir.

  • LƏNKƏRAN ŞİH-NİN BAŞÇISI TALEH QARAŞOV NÖ...

    LƏNKƏRAN ŞİH-NİN BAŞÇISI TALEH QARAŞOV NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜNÜ RVO KƏNDİNDƏ KEÇİRDİ

    2016-03-18

    Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü martın 17-də Rvo kəndində keçirdi.

  • “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirak...

    “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan məktəblilərin bir qrupu Lənkəranda

    2016-03-18

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir.

  • LƏNKƏRANDA  NOVRUZ  ŞƏNLİYİ  ƏSL  BAYRAM Ə...

    LƏNKƏRANDA NOVRUZ ŞƏNLİYİ ƏSL BAYRAM ƏHVAL-RUHİYYƏSİ İLƏ QEYD EDİLDİ

    2016-03-18

    Martın 18-də Lənkəran şəhərinin dəmiryolu vağzalı ərazisində keçirilən Novruz şənliyi əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edildi.

  • ABŞ SƏFİRLİYİNİN DƏSTƏYİ İLƏ “THE EXC...

    ABŞ SƏFİRLİYİNİN DƏSTƏYİ İLƏ “THE EXCHANGE” VOKAL QRUPU LƏNKƏRANDA KONSERT PROQRAMI İLƏ ÇIXIŞ ETDİ

    2016-03-17

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəstəyi və Lənkəran ŞİH-nin təşkilatçılığı ilə 14-18 mart tarixlərində Amerikanın “The Exchange” pop qrupunun Azərbaycana ilk səfəri təşkil olunub. Qrup ulduzlardan ibarət vokal pop “oğlan qrupu”dur. Onlar musiqi alətlərindən istifadə etmirlər və bütün mahnılarını A kapellada oxuyurlar.

  • MİLLİ QƏHRƏMAN ƏSGƏR ƏLİYEVİN XATİRƏSİ...

    MİLLİ QƏHRƏMAN ƏSGƏR ƏLİYEVİN XATİRƏSİ ANILDI

    2016-03-17

    Əsgər Ələkbər oğlu Əliyev 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1982-1990-cı illərdə Ləj kənd orta məktəbində təhsil alıb. Sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank artilleriya fakültəsində davam etdirib. O, 17 mart 1995-ci il tarixdə Bakıda dövlət çevirilişinə cəhd edənlərə qarşı Milli Ordunun sıralarında hərbi əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Əsgər Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı “ adı verilib.

  • LƏNKƏRANDA ƏRZAQ MƏHSULLARININ SATIŞ YARMARKA...

    LƏNKƏRANDA ƏRZAQ MƏHSULLARININ SATIŞ YARMARKASI KEÇİRİLDİ

    2016-03-15

    Martın 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ərzaq məhsullarının sаtış yаrmаrkаsı keçirildi.

  • İDEA ictimai birliyinin təşəbbüsü Lənkəran...

    İDEA ictimai birliyinin təşəbbüsü Lənkəranda geniş dəstəklənir

    2016-03-10

    İDEA ictimai birliyinin ölkədə ekologiya və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı təşəbbüsləri Lənkəranda da geniş dəstəklənir. 10 mart 2016-ci il tarixdə Lənkəran şəhərində Xəzər dənizi sahilində yerləşən Sahil parkına bitişik boş ərazidə torpaq-hamarlama işləri aparılaraq kütləvi ağacəkmə aksiyası keçirilmiş və ərazidə 1000 ədəd küknar ağacı əkilmişdir.

  • LƏNKƏRANDA BEYNƏLXALQ QADINLAR GÜNÜ TƏNTƏN...

    LƏNKƏRANDA BEYNƏLXALQ QADINLAR GÜNÜ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLDİ

    2016-03-08

    8 Mart Beynəlxalq Qadınlar günü Lənkəranda təntənəli şəkildə qeyd edildi. Bayram şənliyində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzun müxtəlif sahələrində çalışan qadınlar iştirak edirdilər.