Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ QEYD EDİLDİ

01 iyun 2018 | 16:00

  1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd olunub. Bu münasibətlə Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə şəhər Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib.
  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin müxtəlif yarışlarda qazandıqları uğurları əks etdirən guşə və Uşaq Rəssamlıq məktəbi şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
  Daha sonra tədbirdə uşaqların iştirakı ilə hazırlanmış bayram konserti olub.
  Tədbir boyu Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin uşaqlarla görüşlərini əks etdirən video-çarx nümayiş etdirilib.
 Tədbirin sonunda İcra başçısı bayram münasibətilə uşaqları təbrik edib, onlara ən xoş və səmimi arzularını bildirib. Həmçinin İcra başçısı təhsildə və idman sahəsində uğurlar qazanmış uşaqlara Lənkəran ŞİH-nin Fəxri Fərmanlarını və hədiyyələr təqdim edib.

Keçidlər