Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Gəncə şəhərinin, Ağstafa, Qazax, Daşkəsən, Samux, Gədəbəy, Şəmkir, Bakının Nəsimi və Yasamal rayonlarının məktəbliləri Lənkəranda

13 noyabr 2017 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Gəncə şəhərinin, Ağstafa, Qazax, Daşkəsən, Samux, Gədəbəy, Şəmkir, Nəsimi və Yasamal rayonlarının məktəbliləri noyabrın 12-də Lənkəran rayonuna gəliblər. Tur-aksiyanın işttirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
   Daha sonra tur-aksiyanın iştirakçıları Lənkərandakı “Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına səyahət edibilər.
   Məktəblilər həmçinin Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə yaxından tanış olublar.
  Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Mayak” binası, “Dairəvi Qala”, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, Qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlara tamaşa ediblər.
   Noyabrın 13-də axşam yeməyindən sonra məktəblilər “Şah sarayı”nda Azərbaycan İntellektual Klubu Assosasiyası tərəfindən onlar üçün təşkil edilmiş “Nə, harada, nə zaman” adlı intellektual oyuna qatılıblar. Oyunda hər qrup 6 nəfərdən ibarət olmaqla 70 komanda öz bilik və bacarığını ortaya qoyub. İki turdan ibarət oyun 2 saat davam edib. Yasamal rayonunun məktəbliləri daha yaşı intellekt nümayiş etdirərək bütün mərhələlərdə qalib olublar. Onlara kubok və sertifikatlar təqdim olunub.
      İntellektual oyundan sonra tur-aksiya iştirakşıları üçün musiqili-əyləncəli konsert proqramı keçirilib.

 

 

 

 

 

 

 

 

 

Keçidlər