Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Aprel döyüşlərində qələbənin ildönümü qeyd olundu

04 aprel 2017 | 16:00

5 aprel 2017-ci il tarixdə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində ötən il Aprel ayında cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Milli Ordusunun tarixi qələbəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib. Lənkəran ŞİH başçısı Taleh Qaraşovun, İcra aparatının rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbər işçilərinin, “N” saylı hərbi hissəsinin əsgərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Lənkəran ŞİH başçısının müavini- İcra aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva giriş sözü ilə çıxış edərək Aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün-qüdrətinin təntənəsi olduğunu qeyd edib. O bildirib ki, bu qələbə xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi. R.Əliyeva bütün ölkədə olduğu kimi Lənkəranda da şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb.
Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri Əbulfət Əliyev, Qarabağ müharibəsi veteranı Əlisəfa Ağayev, Aprel döyüşlərində şəhid olmuş Qalib Zülfiqarlının qardaşı, Milli Ordunun əsgəri Qabil Zülfiqarlı və LDU-nun tələbəsi Orxan Əmənov çıxış edib Aprel döyüşlərində qazanılan qələbədən ruhlandıqlarını, bu döyüşlərdə həlak olmuş əsgərlərin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirdiklərini və Vətən torpaqlarının işğaldan azad olunması naminə vuruşmaq üçün cənab Prezident İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bildiriblər.
Tədbirdə  Aprel döyüşləri zamanı qəhrəmançasına həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş  “Şəhidlər olməz, Vətən bölünməz” adlı sənədli filmə baxış keçirilmişdir.

Keçidlər