Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA 31 MART SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB

31 mart 2017 | 16:00

31 Mart  – azərbaycanlıların soyqırımı günü Lənkəranda da dərin hüznlə qeyd olunub.
Səhər saatlarından minlərlə rayon sakini soyqırım zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsini yad etmək üçün şəhərin mərkəzində soyqırım qurbanlarının xatirəsinə salınan parkdakı abidə-kompleksinin qarşısına toplaşıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə qızıl gül dəstəsi qoyub, hadisələrdə günahsız olaraq qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad edib.
Daha sonra rayonun hüquq-mühafizə orqanlarının, yerli icra strukturlarının, idarə və müəssisələrin rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin nümayəndələri növbə ilə abidə qarşısına gələrək buraya qərənfil düzüblər.
Qeyd edək ki, Lənkəran 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrdəndir. Həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük və Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla  yerlə-yeksan olunub, 2000-dən çox dinc sakin qətlə yetirilib.

Keçidlər