Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirildi.

10 fevral 2017 | 16:00

Məlum olduğu kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5-ci ildönümü ilə əlaqədar ölkəmizdə silsilə tədbirlərə start verilib. “Vətənin müdafiəsinə hazıram” devizi altında  həyata vəsiqə alan belə tədbirlərdən biri Lənkəranda keçirildi.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlandı. İlk söz Lənkəran ŞİH başçısının I müavini İlqar Dadaşova verildi. Natiq qeyd etdi ki, lənkəranlı gənclər Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə  həmişə böyük ruh yüksəkliyi ilə yola düşür, nümunəvi xidməti, döyüş və siyasi hazırlığı ilə seçilirlər. Təsadüfi deyil ki, hərbi vətənpərvərlik tərbiyəsi ilə əhatə olunmuş gənclərimiz Qarabağ müharibəsində əsil mərdlik və qəhrəmanlıq nümunəsi göstərmişlər. Təbii ki, onların arasında öz  canlarını qurban verib şəhidlik zirvəsinə yüksələnlər də az deyil. Məhz onların Lənkəranda dəfn mərasimi əsil vətənpərvərlik nümayişinə çevrildi.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Silahlı Qüvvələrinə İctimai Nəzarət Birliyinin üzvü Emin Həsənov Azərbaycan ordusunun keçdiyi tarixi mərhələlərdən və əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğundan danışdılar. Onlar qeyd etdilər ki, Azərbaycan Silahlı Qüvvələri indi ən müasir silahlara, döyüş texnikasına malikdir. Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlyi ilə ordumuz ildən-ilə güclənir. Keçən ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarmızı geri qaytarmağa qadirdir.
Sonra Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubileyi münasibətilə təsis edilən mükafatlar təqdim edildi.
Tədbir konsert proqramı ilə başa çatıb.

Keçidlər