Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın turizm potensialının təbliğ və inkişaf olunması məqsədiylə “Lənkəran guidebook” və turizm videoçarxının təqdimatı olub

13 yanvar 2017 | 16:00

Bu gün turizm sahəsinin inkişafı respublikamızda prioritet sahələrdən biridir. Son illər ərzində bu sahədə mühüm işlər görülür və görülməkdədir. Paytaxt Bakı ilə yanaşı Azərbaycanın bölgələrində də bu səpkidə kompleks işlər aparılır. Əlbətdə ki, turizm sahəsinin inkişafı üçün ilk növbədə tanıtım tədbirləri böyük önəm daşıyır bu baxımdan ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turiizm Nazirliyinin dəstəyi ilə Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən Lənkəranın bələdçi kitabı hazırlanmışdır.
Kitab üç dildə: azərbaycan, rus və ingilis dillərində nəfis şəkildə nəşr olunmuşdur. Kitabın ərsəyə gəlməsində əsas məqsəd Azərbaycana və Lənkərana gələn turistlərə Lənkəranın turizm potensialı, mehmanxanaları, istirahət mərkəzləri, muzey və mədəniyyət ocaqları haqqında zəruri məlumatlar verməkdir. Eyni zamanda ilk dəfə olaraq Lənkəranın turizm potensialını əks etdirən HD formatında videoçarx və bələdçi xəritəsi hazırlanmışdır.
Bununla əlaqədar olaraq 13 yanvar 2017-ci il tarixində Lənkəran Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH və Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə təqdimat tədbiri təşkil olundu. Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin foyesində Lənkəranın turiizm potensialını əks etdirən fotosərgi və sənətkarlıq sərgisi gələn qonaqlara təqdim olundu. Tədbirin giriş hissəsini Lənkəran TİM-in direktoru İlqar Əzimov açaraq son dövürlərdə respublikamızda turizm sahəsinin inkişafı üçün görülən işlər barədə məlumat verdi. Sonra tədbirin qısa mahiyyəti barədə danışdı. Lənkəran ŞİH-nin məsül işçisi Könül Manafova çıxış edərək Lənkəranda turizmnin inkişafı ilə bağlı görülən işlər barədə danışdı və belə tədbirlərin turizmin inkişafında böyük rol oynadığını vurğuladı. Tədbirdə çıxış edənlər turizm sahəsində görülən işlər barədə danışaraq belə tədbirlərin bölgənin turizm potensialının təbliğində böyük rol oynadığını vurğuladılar. Sonda Lənkəran bələdçi kitabının elektron variantının monitor vasitəsi ilə təqdimatı oldu.

Keçidlər