Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BAYRAM ŞƏNLİYİ KEÇİRİLDİ

29 dekabr 2016 | 16:00

Dekabrın 29-da “Şah Sarayı”nda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlik iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik etdi, 2016-cı ilin xalqımız, o cümlədən Lənkəran üçün uğurlu olduğunu söylədi, yeni ildə ictimai-siyasi, iqtisadi-mədəni həyatımızın bütün sahələrində daha böyük müvəffəqiyyətlərin qazanılmasını arzuladı.
İcra başçısı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söhbət açdı, Ulu Öndərin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və birliyinin möhkəmlənməsindən, onların tarixi Vətənlə əlaqələrinin güclənməsindən, azərbaycançılıq ideyası ətrafında birləşməsindən danışdı, diaspor quruculuğunun Azərbaycan üçün önəmli olduğunu vurğuladı, Dahi Rəhbərin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından, xaricdə yaşayan həmvətənlərimizin Bakıda keçirilən qurultaylarından və onun əhəmiyyətindən ətraflı bəhs etdi.
Taleh Qaraşov daha sonra Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətindən danışdı, respublikamızın çiçəklənən diyara çevrilməsini fərəhlə qeyd etdi, bütün bölgələrdə olduğu kimi, Lənkəranda da həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən söz açdı, 2017-ci ildə qazanılan uğurların daha da inkişaf etdiriləcəyini, yeni proqram və layihələrin yerinə yetiriləcəyini  əminliklə söylədi.
Sonra T.Qaraşov rayonumuzun təhsil, səhiyyə, mədəniyyət sahələrində, ictimai-siyasi həyatında, quruculuq və abadlıq işlərində fərqlənən bir qrup şəxsə ŞİH-nin Fəxri fərmanlarını və qiymətli hədiyyələrini təqdim etdi.
Lənkəranın incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri bayram şənliyini daha da rövnəqləndirdi.
Şaxta babanın və Qar qızın çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirdi.
Şirniyyat stolu arxasında keçən şənlik hamıya xoş ovqat bəxş etdi.

 

Keçidlər