Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ BÖYÜK EHTİRAMLA ANILDI

12 dekabr 2016 | 16:00

Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin vəfatından 13 il keçir. İllər bu əzəmətli şəxsiyyəti zaman baxımından uzaqlaşdırsa da, o, ruhən həmişə bizimlədir. Çünki Heydər Əliyev öz xalqının taleyində əvəzsiz rol oynayıb, ölkə üçün, xalq üçün ən ağır məqamlarda onun yanında olub. Respublikamız öz dövlət müstəqilliyi üçün məhz Ümummilli Liderimizə borcludur. O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsi, ölkənin bir dövlət kimi Beynəlxalq aləmdə tanınması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, erməni informasiya blokadasının yarılması üçün çox iş gördü.
Bir sözlə, ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır. Təsadüfi deyil ki, dekabrın 12-də respublikamızda Ümummilli Liderin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi. Bu, Lənkəranda daha qabarıq hiss olunurdu.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ulu Öndərin abidəsini ziyarət etdi və abidənin önünə təzə-tər qərənfil dəstələri qoydu.
Sonra İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının, səhiyyə müəssisələrinin işçiləri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri abidənin önünə gül dəstələri düzdülər.
Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin şərəfinə ucaldılmış əzəmətli abidənin önünə gül, çiçək dəstələri qoyuldu və Dahi Rəhbərin əziz xatirəsi hörmət və məhəbbətlə yad edildi.

Keçidlər