Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım gününə həsr olunmuş “Əbədiyyətə doğru” mövzusunda tədbir keçirilmişdir

09 dekabr 2016 | 16:00

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 09 dekabr 2016-cı il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin  vəfatının 13-cü ildönümü ilə bağlı rayon ziyalılarının, gənclərin iştirakı ilə “ Əbədiyyətə doğru” adlı anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ümumilli Liderin büstünü ziyarət etmiş,  həyat və fəaliyyətini əks etdirən foto şəkillərlə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq,  Ulu Öndər Heydər Əliyevin keçdiyi mənalı və şərəfli həyat yolundan, dövlətimizin iqtisadi cəhətdən  gücləndirilməsi istiqamətindəki fəaliyyətindən, Lənkərana etdiyi səfərlərindən, rayonun inkişafı istiqamətində gördüyü işlərdən söz açmışdır.
  Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və  fəaliyyətini əks etdirən film tədbir iştirakçıları tərəfindən maraqla izlənilmişdir.
Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Yədulla Ağazadə, tarix elmləri üzrə fəlsəfə doktoru Kamal Mahmudov öz çıxışlarında  Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, tarixinin inkişafındakı böyük rolundan, möhtəşəm fəaliyyətindən, Vətənə, xalqa şərəfli xidmətindən söhbət açmışlar.
           Xatirə tədbiri Ümummilli Liderə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.

Keçidlər