Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANIN QIZIL PAYIZI

11 noyabr 2016 | 16:00

Əzəmətli Talış dağlarının ətəklərində, qocaman Xəzərin qızıl qumlu sahillərində yerləşən, “Cənub mirvarisi” adlandırılan Lənkərandan Tanrı heç nəyi əsirgəməyib. Bura gözəlliklər diyarıdır. Lənkəranı mayak-şəhər də adlandırırlar. Qonaqlar, yerli və xarici turistlər hər zaman bu şəhərin işığına həvəslə, dönə-dönə gəlirlər. Ona vurğun olanların sayı getdikcə çoxalır.
Bu əsrarəngiz məkanın hər fəsildə öz təkrarolunmaz gözəllikləri, özəllikləri var. “Mavi gözlü Xəzərin qoynunda nazənin gəlin” kimi Lənkəran hazırda qızıl payız günlərini yaşayır. Soyuqlar, yağışlı günlər bu yerlərə daha erkən gəlsə də, xəzan yeli yarpaqları vaxtından əvvəl töksə də, mənzərələr, həmişə olduğu kimi, yenə də könül, göz oxşayır. Lənkəran bu mövsümdə də al yanaqlı, əli xınalı gözələ bənzəyir. Aramsız yağışların suyu altında “çimən” ağaclardan tökülən yarpaqların xışıltısı sanki həzin melodiyanın sədalarını, bağ və parkların, xiyabanların yaşıllıqları rəssam tablosunun əlvan naxışlarını, çalarlarını xatırladır..

.

Keçidlər