Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANIN LƏJ KƏNDİNDƏ TƏBİİ QAZIN AÇILIŞI OLDU

20 sentyabr 2016 | 16:00

Sentyabrın 19-da Lənkəran rayonunun Ləj kəndinə təbii qazın verilməsi münasibətlə açılış mərasimi keçirildi.
Mərasimdə Lənkəran ŞİH başçısının Ləj inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram Cəfərov, kənd ağsaqqallarından Hacı Ələkbər Əliyev, Hacı Nizam Cəfərov, Milli Elmlər Akademiyasının doktorantı, kəndin axundu kərbəlayi Samit Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Rəfail Novruzov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etdi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Ləj kəndinin sakinlərini təbrik etdi, onlara ən səmimi və xoş arzularını çatdırdı.
Son 13 ildə ölkəmizdə, o cümlədən Lənkəran rayonunda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən söz açan İcra başçısı bildirdi ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda yeni infrastruktur, sosial layihələr həyata keçirilir, yeni iş yerləri açılır. Torpaqlardan səmərəli istifadə etməyin, ərzaq bolluğu yaratmağın vacibliyini vurğulayan Taleh Qaraşov çıxışının sonunda sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi, referendum ilə əlaqədar hamını fəal olmağa, bir nəfər kimi seçki məntəqələrinə gedərək səsvermədə iştirak etməyə çağırdı.
Sonda rəmzi məşəl alovlandırıldı.
Ləj kəndində 349 abonentin mənzilinə 18 min 500 p/metr qaz xətti çəkilmiş, 349 ədəd qaztənzimləyici şkaf quraşdırılmışdır. Beləliklə, bu günədək Lənkəran rayonunun 64 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir. Bu da ümumi abonentlərin 91 faizini təşkil edir.

Keçidlər