Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA 21 SENTYABR – “BEYNƏLXALQ SÜLH GÜNÜ” İLƏ ƏLAQƏDAR KONFRANS KEÇİRİLİB

08 sentyabr 2016 | 16:00

Sentyabrın 8-də Lənkəran Mədəniyyət Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Sülh günü” münasibətilə “Sülh – azadlıq, bərabərlik və ədalətdir” adlı konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov açaraq bildirmişdir ki, sülh mövzusu əbədi bir mövzudur və bütün ölkələr üçün bu, çox vacibdir. Təsadüfi deyil ki, BMT tərəfindən “Beynəlxalq sülh günü” təsis edilib. Belə ki, 1981-ci il noyabrın 30-da BMT-nin qərarı ilə 21 sentyabr  “Beynəlxalq Sülh günü” elan edilmişdir.
Q.Məmmədov daha sonra qeyd etmişdir ki, sülh carçısı olan Azərbaycanda da 21 sentyabr geniş qeyd olunur. Bu məqsədlə hər il bütün dünya ölkələrində qeyd edilən 21 sentyabr “Beynəlxalq Sülh günü” ilə əlaqədar 21 avqust-21 sentyabr tarixlərində elan olunan “Sülh aylığı” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd sülhsevər ölkə olduğunu bir daha diqqətə çatdırmaqla, respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verilməsini göstərmək, dövlətimizin humanist mahiyyətini dəyərləndirməkdir.
Natiq onu da vurğulamışdır ki, torpaqlarımızın 20 faizinin işğal altında, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, yenə də Azərbaycan sülhsevər, tolerant ölkə kimi münaqişənin dinc yolla, sülh yolu ilə həll edilməsinin tərəfdarı, ölkələr, xalqlar arasında sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusundadır.
Tədbirdə Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə  “Sülh və multikulturalizm”, Hirkan qəsəbə məscidinin axundu Ayaz Mirzəyev “İslamda sülh və vəhdət”, Kənarmeşə kənd məscidinin dini icma sədri və axundu Rafail İbrahimov “İslamda sülhün dəyəri və mahiyyəti” mövzularında məruzə ilə çıxış etmişlər.
Konfransı Lənkəran Şəhər İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov yekunlaşdırmışdır.

Keçidlər