Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞİH BAŞÇISI YANINDA ŞURA İCLASI KEÇİRİLDİ

21 iyun 2016 | 16:00

İyunun 20-də Lənkəran ŞİH başçısı yanında Şuranın növbəti iclası keçirildi.
İclasda Şura üzvləri, İcra aparatının işçiləri, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Şura iclasında “Şəhərsalma baxımından Lənkəran şəhərinin Baş Planında tənzimlənən ərazilərin idarə edilməsi, onların müfəssəl planının hazırlanması, şəhərsalmanın perspektiv inkişafı şərtlərinə əməl edilməsi, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahələrində aparılacaq tikinti işlərinə icazənin verilməsi və qeydiyyatının aparılması vəziyyəti barədə” məsələ müzakirə olundu. Məsələ ilə əlaqədar şəhər İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Mahir Axundovun məlumatı dinlənildi. Məsələ ətrafında çıxış edən natiqlər tikinti işləri zamanı şəhərsalma qaydaları ilə bərabər yerli memarlıq ənənələrinə də əməl olunmasının vacibliyini qeyd etdilər.
Şuranın sədri, Lənkəran ŞİH-nin başçsı Taleh Qaraşov müzakirəyə yekun vuraraq məsələnin əhəmiyyətini bir daha Şura iştirakçılarının diqqətinə çatdırdı və cənab Prezidentin davamlı diqqəti və qayğısı hesabına Lənkəran şəhərində aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinin burada əsil turizm mərkəzi yaratdığını qeyd etdi. Gözəl təbiəti ilə yanaşı Lənkəran şəhərinin özünəməxsus memarlıq nümunələri, bişmiş qırmızı kərpicli, kirəmidli binaları, ağac oymaları, sürahilərlə əhatələnmiş eyvanları ilə də qonaqların diqqətini cəlb etdiyini vurğulayan İcra başçısı bunların tarix olduğunu, qorunmasının vacibliyini qeyd etməklə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Tarix-diyarşünaslıq müzeyinin yerləşdiyi Xan evinin əsaslı bərpasının bu tarixin xalqa qaytarılmasının parlaq nümunəsi olduğunu önə çəkmişdir. Eyni zamanda natiq qanunsuz tikililərin qarşısının alınmasının vacibliyini qeyd etməklə bu sahədə yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul edildi.

Keçidlər