Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Kitab Bayramı keçirildi

07 may 2016 | 16:00

May ayının 6-da Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində ənənəvi Kitab bayramı keçirildi. Sayca 8-ci olan bu bayramda rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar,LDU-nun və Lənkəran Dövlət Humanitar Kollecinin müəllim  və tələbələri,ümumtəhsil məktəblərinin şagirdləri, mərkəzi kitabxananın daimi oxucuları iştirak etmişlər.
Kitab bayramının iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, möhtərəm Prezidentimiz  İlham Əliyevin, dünya şöhrətli bədii söz ustalarının, Azərbaycanın  şair və nasirlərinin, habelə Lənkəranda yazıb -yaradan ədəbi qüvvələrin əsərlərindən ibarət kitab sərgiləri ilə tanış oldular.
Sonra məktəblilərin ifalarında səslənən şeirlərin və musiqinin müşayiəti ilə çıxışlar dinlənildi.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nurlana Nəsirli, Mədəniyyət Mərkəzinin direktoru Hacı Hafiz Mirzə , Azərbaycan Yazıçılar Birliyinin Cənub bölgəsinin  məsul katibi İltifat Saleh, Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Yədulla Ağazadə,  Universitetin müəllimi ,ədəbiyyat üzrə fəlsəfə doktoru, şair Tükəzban Cahangirova və başqaları çıxış edərək bilik mənbəyi olan kitabların gənc nəslin təlim və tərbiyəsində mənəvi zənginliyində, onların fəal həyat mövqeyinin əsl vətəndaş kimi formalaşmasındakı mühüm  əhəmiyyətindən danışdılar.
Tədbirin sonunda kitabların təbliğində fəallıq göstərdiklərinə görə MSK -nın bir qrup işçisinə  Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin Fəxri fərmanları təqdim olundu.

Keçidlər