Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA MİLLİ QƏHRƏMANIN ADINI DAŞIYAN PARKDA SƏRGİ AÇILMIŞDIR

07 may 2016 | 16:00

Müasir Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da müxtəlif, rəngarəng, silsilə tədbirlər həyata keçirilir. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında düzənlənən konfranslarda, ədəbi-bədii, tematik gecələrdə, disputlarda, müsabiqələrdə, sərgilərdə, idman turnirlərində və s. dahi rəhbərin şərəfli ömür yolu, ictimai-siyasi fəaliyyəti bir daha xatırlanır, rəngkarlıq nümunələrində Ümummilli Liderin əzəmətli obrazı canlandırılır, yarışlarda yeniyetmə və gənclər güclərini sınayırlar.
Lənkəran şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 6 may 2016-cı il tarixdə Milli Qəhrəman Əsgər Əliyev adına parkda Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş qarışıq mövzularda "Əl işlərindən ibarət sərgi" açılmışdır. Sərgiyə 50 gənc 100-dən çox əl işi ilə qatılmışdır.
Gün ərzində sərgi ilə tanış olanlar Ulu Öndərə həsr edilmiş rəsmlərə, portretlərə, müxtəlif əl sənəti nümunələrinə maraqla baxmış, gənclərin yaradıcılığından məmnun qaldıqlarını bildirmişlər.
Sonda iştirakçılar Lənkəran şəhər Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunmuşlar.

Keçidlər