Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 93-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

27 aprel 2016 | 16:00

Aprelin 27-də Lənkəran ŞİH-nin və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Lənkəran MRX-nin baş həkimi Ağabala Kəlbiyev açdı.
Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva giriş nitqində görkəmli oftalmoloqun həyatı və elmi fəaliyyəti haqqında danışdı, dünya şöhrətli alimin tibb sahəsindəki xidmətləri ilə yanaşı, ömrünü xalqının və övladlarının yolunda şam kimi əridən cəfakeş insan, vətənpərvər Azərbaycan qadını, qayğıkeş ana, Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olduğunu vurğuladı.
Daha sonra Lənkəran MRX baş həkiminin müavini Taleh Məmmədli görkəmli alimin həyat və fəaliyyəti haqqında məruzə etdi.
Məruzə ətrafında müzakirələrdə Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Məmmədbağır Axundov, gənc həkim-oftalmoloq Elvin Rüstəmov və başqaları çıxış etdilər.
Məruzə və çıxışlarda tanınmış alim, böyük insan, görkəmli ictimai xadim, dəyərli pedaqoq, gözəl həyat yoldaşı və ana akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müasir gənclər üçün də bir örnək olduğu qeyd edildi, onun tibb sahəsindəki uğurlarından söz açıldı, xaqlı üçün layiqli övladlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kimi şəxsiyyət bəxş etdiyi diqqətə çatdırıldı.
Sonda görkəmli oftalmoloqun həyat yolundan bəhs edən video-çarx nümayiş etdirildi.

Keçidlər