Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda vətənpərvərlik mövzusunda tədbir keçirilib

20 aprel 2016 | 16:00

Lənkəran rayonunun Nərimanabad qəsəbəsində də 20 aprel 2016-cı il tarixdə  2-5 aprel 2016-cı il tarixdə erməni təxribatının qarşısını alarkən şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinin yad edilməsi və gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsinin təşkil olunmasından ötrü  tədbir keçirilmişdir. Tədbirdə  250-ə yaxın  qəsəbə sakini, Qarabağ əlilləri, müharibə veteranları, şəhid ailə üzvləri  iştirak ediblər.  Çıxış edən natiqlər cəbhə bölgəsində Milli Ordumuzun qazandığı qələbəni cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin iqtisadi qüdrətinin və hərbi gücünün artması, Azərbaycan həqiqətlərinin dünya birliyi tərəfindən dəsdəklənməsi hesabına, Azərbaycan əsgərinin Vətənə dönməz sədaqəti bahasına və bütün xalqın ölkə Prezidentinin ətrafında sıx birləşməsi ilə qazanıldığını bildiriblər.Tədbirdə məktəblilərin və gənclərin ifasında vətənpərvərlik mövzusunda şer və mahnılar səsləndirilmişdir.

Keçidlər