Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda I rübün yekunları müzakirə edildi

12 aprel 2016 | 16:00

Aprelin 12-də Heydər Əliyev Mərkəzində  Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. İclasda “2016-cı ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin  1-ci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr“ mövzusunda məsələ müzakirə edilmişdir.
      Şuranın sədri İcra başçısı Taleh Qaraşov yığıncağı açaraq bildirmişdir ki, aprel ayının əvvəllərində erməni silahlı dəstələri cəbhə bölgəsində növbəti dəfə təxribat törədərək   atəşkəsi pozublar. Təxribatın qarşısını alan Azərbaycan silahlı qüvvələri düşmənə sarsıdıcı zərbələr endirmiş, nəticədə bir neçə yaşayış məskəni və strateji əhəmiyyətli yüksəkliklər azad olunmuşdur. Lakin mənfur düşmənə qarşı vuruşmada Milli Ordumuzun, o cümlədən Lənkəran rayonundan hərbi xidmətə getmiş əsgərlərdən şəhid olanlar da olmuşdur. İcra başçısının təklifi ilə yığıncaq iştirakçıları bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad  ediblər.
Natiq daha sonra cəbhə bölgəsində qazanılan qələbənin cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, xüsusilə ordu quruculuğu ilə bağlı ardıcıl olaraq gördüyü misilsiz işlərin və Xalq-İqtidar birliyinin bəhrəsi olduğunu və qüdrətli Milli Ordumuzun gücü ilə işğal olunmuş torpaqların tezliklə azad olunacağını qeyd etdi.
    İcra başçısı daha sonra ölkəmizdə dinamik iqtisadi inkişafın təmin edilməsi istiqamətində görülən tədbirlərdən, ilin 1-ci rübündə ölkənin sosial-iqtisadi və mədəni həyatında qazanılmış uğurlardan danışaraq ölkəmizin dünyadakı qabaqcıl mövqeyini, dünya birliyinin dəstəyini qazandığını vurğulayaraq  Azərbaycanın müstəqil xarici siyasət yeritdiyinə görə gələcəyinin parlaq olduğunu, Ermənistanın isə müstəqil siyasəti olmadığına görə iflasa uğrayacağını söyləmişdir. Sonra İcra başçısı gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyindən, cəbhəyə kömək etməyin hər bir vətəndaşın müqəddəs borcu olmasından ətraflı danışdı.
     2016-cı ilin dərin iqtisadi islahatlar ili elan edilməsini qeyd edən Taleh Qaraşov  cənab Prezident tərəfindən yeni sosial yönümlü dövlət proqramlarının, işsizliyin qarşısının alınması üçün özünüməşğulluq proqramının, sosial mənzil tikintisi proqramlarının qəbul olunmasının mühüm əhəmiyyət kəsb etdiyini söyləmişdir. Bütün şəhər və rayon mərkəzlərində sosial mənzillərin tikilməsi məqsədi ilə cənab Prezidentin sərəncamı ilə Sosial Mənzil Agentliyinin yaradılması, aztəminatlı ailələrin digər problemlərinin həlli ilə bağlı hökumətin qəbul etdiyi qərarların bir daha Azərbaycanın sosial dövlət olduğunu sübutu olduğunu bildirmişdir.
       Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin zəruriliyindən söz açan İcra başçısı bu istiqamətdə Lənkəran üçün ənənəvi olan faraş tərəvəzçiliyin, çayçılığın və sitrusçuluğun inkişafı üçün atılan addımlardan bəhs etdi, əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunmasının, torpaqların birləşdirilməsinin və burada xarakterik əkinlər keçirməyinin, iqtisadi cəhətdən səməli təsərrüfat növü olan baramaçılığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
      Sonra “2016-cı ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr”   mövzusunda məruzə dinlənilmişdir.
Məruzədə və məruzə ətrafında çıxışlarda 2016-cı ilin 1-ci rübündə rayonda sosial-iqtisadi inkişafın davam etdiyi qeyd olunmuş, sənaye müəssisələrində, nəqliyyatda, aqrar sahədə, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində görülmüş işlərdən, sahibkarlığın inkişafı üçün yaranmış əlverişli şəraitdən və s. məsələlərdən ətraflı bəhs edilmişdir.
            İcra başçısı Taleh Qaraşov Şura iclasını yekunlaşdıraraq görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışdı,müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər