Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İDEA ictimai birliyinin təşəbbüsü Lənkəranda geniş dəstəklənir

10 mart 2016 | 16:00

İDEA ictimai birliyinin ölkədə ekologiya və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı təşəbbüsləri Lənkəranda da geniş dəstəklənir. 10 mart 2016-ci il tarixdə Lənkəran şəhərində Xəzər dənizi sahilində yerləşən Sahil parkına bitişik boş ərazidə torpaq-hamarlama işləri aparılaraq kütləvi ağacəkmə aksiyası keçirilmiş və ərazidə 1000 ədəd küknar ağacı əkilmişdir. Ağacəkmə aksiyasında Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, əmək kollektivlərinin üzvləri yüzlərlə könüllü iştirak etmişdir. Yeni ağacların əkini ilə bağlı görülmüş işlərin nəticəsində ərazidəki yaşıllıq zolağı bir neçə dəfə genişlənmiş, təmizlik işləri aparılmış, səliqə-sahman yaradılmışdır. Bu il Lənkəran rayonunda İDEA ictimai birliyinin təşəbbüsünə dəstək olaraq 20 min ağacın əkiləcəyi planlaşdırılmışdır.

Keçidlər