Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 20 və 26-Yanvar faciəsi qurbanlarının ailələri və iştirakçıları ilə görüş keçirildi.

19 yanvar 2016 | 16:00

20-yanvar faciəsinin 26-cı ildönümü ərəfəsində Lənkəran şəhər İcra hakimiyyətində şəhidlərin ailələri və iştirakçıları ilə görüş keçirildi.Tədbirdə  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov  şəhidlərin ailə üzvlərinə başsağlığı verdikdən sonra 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecədə sovet qoşunlarının törətdiyi qətliamdan danışdı.Natiq SSRİ-nin o,vaxtki rəhbəri Mixayıl Qorbaçovun tapşırığı ilə Azərbaycan xalqına qarşı Bakıda törədilən misli görünməmiş qanlı faciə, terror və soyqırımı hadisələrindən danışıb, yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi qiymətin verildiyini diqqətə çatdırdı.Taleh Qaraşov daha sonra Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20-Yanvar faciəsinin Azərbyacan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il Ümumxalq Hüzn günü kimi ehtiramla qeyd edildiyini, azadlıq mücahidlərinin əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə əziz tutulduğunu, onların ailə üzvlərinin qayğı ilə əhatə olunduğunu söylədi.Dünyada davam edən iqtisadi böhranın təsirlərinə baxmayaraq ölkə iqtisadiyyatının artması və  xalqın rifahının daha da yaxşılaşması sahəsində görülən ardıcıl tədbirlər sübut edir ki, Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətdir və onun təhlükəsizliyi möhkəm əllərdədir.Rayon rəhbəri bildirdi ki, Prezident cənab İlham Əliyev 20-Yanvar şəhidlərinin, Azadlıq, Müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin fədakarlığını eləcə də, vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək onların ailələrinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atır, qərarlar qəbul edir və sərəncamlar verir.Qəbulda 20 Yanvar cəmiyyəti Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev, şəhid ailələrinin üzvləri və əlillər onlara göstərilən qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və səmimi qəbula görə ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər.Sonda İcra başçısı qəbul iştirakçılarının problemlərinin operativ həll olunması üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını verdi.Şəhid ailələrinin üzvlərinə və əlillərə şəhər İcra hakimiyyəti tərəfindən maddi yardım və ərzaqlar da verildi.

Keçidlər