Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısı Şilavar və Digah kənd sakinləri ilə görüşdü

18 yanvar 2016 | 16:00

Lənkəran ŞİH başçısının səyyar qəbul-görüşlərinin rayonunun yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafında böyük əhəmiyyəti vardır. Məhz bu görüşlər zamanı əhali diqqətdən kənarda qalan məsələləri önə çəkir və icrası ilə bağlı müvafiq tədbirlər görülür. İcra baçısının növbəti səyyar qəbul-görüşü yanvarın 16-da rayonun Şilavar kəndində keçildi və görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin aparıcı şəxsləri ilə yanaşı 300 nəfər kənd sakini iştirak edirdi.  Şilavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Afat Əkbərov görüşü açaraq bildirdi ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə böyük tərəqqi əldə olunmuş, hər yerdə genişmiqyaslı quruculuq-abadlıq işləri görülmüş, əhalinin həyat şəraiti yaxşılaşmışdır. Cənab Prezidentin davamlı qayğısı və diqqəti sayəsində bu inkişaf Lənkəran rayonunda da sürətlə davam edir.İcra nümayəndəsi inzibati ərazi dairəsinə daxil olan Şilavar və Digah kəndləri haqqında ümumi məlumat verdikdən sonra ərazidə aparılan vətəndaşların qəbulu, yeni iş yerlərinin açılması, əhalinin məşqulluğunun təmin olunması sahəsində görülmüş işlərdən, əhalinin təbii qaz və elektrik enerjisindən səmərəli istifadə etməsindən, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi sahəsində həyata keçirilən tədbirlərdən danışdı, 2016-cı ildə sosial-iqtisadi sahədə nəzərdə tutulmuş vəzifələr barədə məlumat verdi.    
Digah kənd icmasının sədri Bayraməli Ağayev, Şilavar kənd icmasının sədri, müəllim Həşim Kəlbiyev, Şilavar kənd sakinlərindən Xanağa Əsgərov, Ağacəfər Fətullayev, Digah kənd sakini, təqaüdçü Bahadır Məmmədov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin davamlı qayğısı və diqqəti sayəsində Lənkəran rayonun da sürətlə inkişaf etdiyini, şəhərimizin, qəsəbə və kəndlərin gündən-günə abadlaşıb gözəlləşdiyini, eləcə də, Şilavar və Digah kəndlərində aparılan abadlıq-quruculuq işlərindən ətraflı bəhs edərək bir sıra təkliflər irəli sürməklə yanaşı son vaxtlar bəzi şəxslərin süni qiymət artımını, manatın məzənnəsinin dəyişməsini bəhanə edərək qanunsuz hərəkətlər törətmələrini kəskin pislədilər və bu hərəkətləri düşmən təxribatı adlandırdılar. Çıxış edən natiqlər bugünkü siyasi sabitliyi, əminamanlığı əvəzsiz nemət adlandırdılar və bunların pozulmasına heç vaxtı yol verməyəcəklərini, bu yolda yalnız cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklərini qətiyyətlə ifadə etdilər. Sonra kənd sakinləri  şəxsi xahişləri ilə bağlı İcra başçısına müraciət etdilər.
İcra başçısı Taleh Qaraşov səyyar qəbul-görüşü yekunlaşdıraraq bildirdi ki, ölkə vətəndaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün çoxsaylı layihələr, proqramlar icra edilir, sərəncamlar verilir. Bütün bu nailiyyətlər iqtisadi artım hesabına əldə edilir.Ölkə başçısnın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda möhkəm sabitlik, əmin-amanlıq hökm sürür. Devalvasiya ilə əlaqədar cənab Prezident ölkə əhalisinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini möhkəmləndirmək məqsədilə xüsusi tapşırıqlar verib. Hazırlanmış anti-böhran proqramı tezliklə öz müsbət nəticəsini göstərəcək.Süni qiymət artımının qarşısı qətiyyətlə alınır, bu sahədə nəzarət gücləndirilir. İstehlakçıların hüquqlarının qorunması hər bir sakin yaxından iştirak etməli, ictimai nəzarət komissiyasına köməklik göstərməli, aşkara çıxarılan nöqsanlar barədə qaynar xəttə operativ məlumatlar verilməlidir.Devalvasiyanı maksimum səviyyədə itkisiz keçirmək məqsədilə dövlətin anti-böhran tədbirlərində cəmiyyət birlikdə çalışmalı, hamı əlbir olmalıdır. İcra başçısı sonda səyyar qəbul-görüş zamanı əhali tərəfindən qaldırılan təkliflərin nəzərə alınacağını bildirdi, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər