Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “31 Dekabr –Dünya Azərbaycanlılarının həmrəyliyi günü” münasibəti ilə tələbələr arasında Futzal idman növü üzrə yarış keçirildi

23 dekabr 2015 | 16:00

15- 23  dekabr  2015-ci  il  tarixlərdə  Lənkəran Dövlət Universitetinin və Lənkəran şəhər Gənclər  və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə  rayonun ali və orta ixtisas məktəblərinin tələbələrdən ibarət komandaları arasında  Lənkəran Dövlət Universitetinin  mini-futbol meydançasında Futzal üzrə yarışma keçirilmidir. Yarışmada  10  komandanın  tərkibində 120 nəfər iştirak etmişdir. Xalid Ağayevin baş hakimliyi ilə keçirilən yarışların nəticəsinə görə 1-ci yerə Lənkəran Dövlət  Universitetinin  “Arsenal”  komandası, 2-ci yerə  Lənkəran Dövlət Universitetinin   “Cənub fırtınası” komandası, 3-cü yerə isə  Lənkəran Dövlət Humanitar Kollecin komandası layiq görülmüşdür. Qaliblərə Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri təqdim olunmuşdur.

Keçidlər