Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN RAYONUNUN ZÖVLƏ KƏNDİNDƏ İLK DƏFƏ “MAVİ ALOV” ŞÖLƏLƏNİR

27 noyabr 2015 | 16:00

Lənkəran rayonunun Zövlə kəndinə ilk dəfə təbii qaz verildi.  Bu münasibətlə noyabrın 27-də kənddə təntənəli açılış mərasimi keçirildi.
Mərasimi giriş sözü ilə açan Lənkəran ŞİH başçısının Zövlə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mahmud Sadıqov bildirdi  ki, bu gün kənd sakinlərinin həyatında ən xoş günlərdən biridir. Uzun illər həsrətində olduğumuz mavi yanacağın kəndimizə verilməsi və xüsusilə bu hadisənin payız-qış mövsümünə təsadüf etməsi hər bir sakinimizin sevincinə səbəb oldu. Bunun üçün biz regionların sosial-iqtisadi inkişafına mühüm əhəmiyyət verən möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Sonra kənd sakinləri adından çıxış edən Bülbül Sadıqov və Nuridə Cəfərova dövlət başçısına ən xoş və səmimi arzularını bildirdilər.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev kənd sakinlərinə təbriklərini çatdırdı və onlara təbii qazdan ilk dəfə istifadə etdikləri üçün təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə etdi.
Mərasimdə çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının Lənkəran rayonunda uğurla icra edildiyini vurğuladı, bu işlərin görülməsi üçün kifayət qədər vəsait ayıran möhtərəm Prezident cənab İlham Əliyevə lənkəranlılar adından minnətdarlığını bildirdi və hamını dövlət başçısının ətrafında sıx birləşməyə çağırdı. Bugünkü  əlamətdar hadisə münasibətilə bütün kənd sakinlərini təbrik edən İcra başçısı “mavi alov”un hər bir ailəyə hərarət, bərəkət və xoşbəxtlik gətirməsini arzuladı.
Sonda rəmzi məşəl alovlandırıldı.
Zövlə kəndində mavi yanacaqdan istifadə edəcək abonentlərin sayı 588 nəfərdir. Bu məqsədlə 588 ədəd mexaniki sayğac və qaztənzimləyici quraşdırılmış, evlərə 27144 p/m polad boru, 4981 p/m polietilen boru çəkilmişdir.

Keçidlər