Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər Gənclər və İdman İdarəsi “Regionlarda gənc sahibkar və fermerlərin bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim keçirmişdir

27 noyabr 2015 | 16:00

23-26 noyabr 2015-ci il tarixdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Dayaq və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib olmuş “Regionlarda gənc sahibkar və fermerlərin bacarıqlarının artırılması” layihəsi çərçivəsində Lənkəran şəhərində “Biznes İdeyası Yarat” və “Öz Biznesinin Başla” təlimləri keçirilmişdir. Təlimin keçirilməsində məqsəd bu sahədə çalışan gənclərə şəxsi biznesin qurulması və uğur qazanmaqda yardımçı olmaqdır. Təlimçi Qorxmaz Əfəndiyev  keçirilən təlimdə gənclərə biznesin inkişaf etdirilməsinin yolları barədə geniş məlumat verilib. Bildirilib ki, hazırda ölkədə biznes sahəsinin inkişafı və kənar müdaxilə cəhdlərinin qarşısının alınması üçün dövlət tərəfindən lazımi tədbirlər görülür. Fikir mübadiləsi şəraitində aparılan təlimlər zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb. Təlimdə iştirak edən 17 gəncə bukletlər paylanılmış və sonda sertifikat təqdim olunmuşdur.

Keçidlər