Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞİH BAŞÇISI YANINDA ŞURA İCLASI KEÇİRİLDİ

17 noyabr 2015 | 16:00

Noyabrın 17-də Lənkəran ŞİH başçısı yanında növbəti Şura iclası keçirildi. İclasda şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
İclası giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov iclas iştirakçılarını gündəliklə tanış etdi.
Şura iclasında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Lənkəran rayonunda icra vəziyyəti haqqında” məsələ müzakirə edildi.
Məsələ ilə əlaqədar Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov məruzə etdi.
Məruzədə və məruzə ətrafında çıxışlarda Dövlət Proqramında Lənkəran rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlərdən ətraflı danışıldı, qarşıda duran vəzifələr geniş təhlil olundu.
İclası yekunlaşdıran İcra başçısı Taleh Qaraşov  müzakirə olunan məsələnin vacibliyini xüsusi qeyd etdi. İcra başçısı Dövlət Proqramı çərçivəsində ilin sonunadək rayonumuzun daha bir neçə yaşayış məntəqəsinin təbii qazla təmin ediləcəyini diqqətə çatdırmaqla 2014-2018-ci illərdə Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin Lənkəranda uğurla yerinə yetirilməsi üçün görüləcək işləri sadaladı. Eyni zamanda natiq intensiv yağışlar nəticəsində baş vermiş daşqınlarla əlaqədar yaranmış problemlərin həlli ilə bağlı təmir-bərpa işlərinin davam etdirildiyini vurğuladı, “Yaşıllaşdırma aylığı” çərçivəsində rayon ərazisində ağacəkmə kampaniyasının mütəşəkkil keçirilməsindən ötrü konkret tapşırıq və tövsiyələrini verdi.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.

Keçidlər