Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda ali və orta ixtisas məktəblərinin tələbələrindən ibarət komandalar arasında voleybol idman növü üzrə qış birinciliyi keçirilmişdir

16 noyabr 2015 | 16:00

10-15  noyabr  2015-ci il   tarixlərdə  Lənkəran Dövlət  Universitetinin idman  zalında  ali və orta ixtisas məktəblərinin tələbə qızlardan və oğlanlardan  ibarət  komandaları arasında  voleybol  idman növü üzrə qış  birinciliyi keçirilmişdir.Fəzail Əbilovun baş hakimliyi ilə idarə olunan yarışmada  qızlar arasında  I yeri  Lənkəran Tibb Kollecinin komandası, II  yeri Lənkəran Dövlət  Humanitar Kolecinin komandası, III yeri isə  LDU-nun  komandası tutmuşdur.Oğlanlardan ibarət komandaların göstərdiyi nəticələrə  görə   LDU-nun I  komandası  I yeri, LDU-nun II  komandası  II  yeri,  Lənkəran Dövlət  Humanitar  Kollecin  komandası isə  III  yeri  əldə  etmişdir.Qızların  yarışında  36  nəfər, oğlanların yarışında isə  60  nəfər  iştirak etmişdir.

Keçidlər