Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda ağacəkmə kampaniyası davam edir

12 noyabr 2015 | 16:00

Son illərdə Lənkəran şəhərində və rayonun qəsəbə və kəndlərində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Şəhərdə park və bağlarda, küçə və xiyabanlarda, magistral yollar boyunca müxtəlif növ ağac, dekorativ bitkilər və gül kolları əkilmiş, aqro-texniki qulluq göstərilmiş və suvarılaraq qorunması təmin olunmuşdur.
Payız mövsumu ilə əlaqədar olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun 26 oktyabr 2015-ci il tarixli 240 saylı sərəncamı ilə cari ilin noyabr ayının 1-dən 30-dək rayonda yaşıllaşdırma aylığı keçirilir.
Aylıq çərçivəsində görüləcək işlərə dair müvafiq tədbirlər planı təsdiq olunmuş və icrasına başlanılmışdır. Havaların əlverişsiz keçməsinə baxmayaraq Heydər Əliyev parkında, digər park və bağlarda, magistral yollar boyunca minlərlə dəmir, palıq, fısdıq, akasiya və palma ağacları əkilmişdir. Təkcə 12 noyabr 2015-ci il tarixdə keçirilən iməcilik zamanı rayonun icra nümayəndəlikləri, bələdiyyələri, idarə, təhsil, səhiyyə və digər müəssisə və təşkilatları tərəfindən 2500-dən çox müxtəlif növ ağac və dekorativ kol əkilmişdir.
Aylıq çərçivəsində ağac əkini davam etdirilir.

Keçidlər