Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

SERBİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ LƏNKƏRANA SƏFƏRƏ GƏLMİŞDİR

10 noyabr 2015 | 16:00

Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Neboyşa Rodiç noyabrın 9-10-da Lənkərana ikigünlük səfərə gəlmişdir. Lənkəranla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində diplomat Heydər Əliyev Xatirə Parkında, Gənclər Mərkəzində, Tarix-Diyarşünaslıq muzeyində, Həzi Aslanov Xatirə Parkında, Azərbaycanlıların Soyqırımı Parkında olmuş, Həzi Aslanovun ev muzeyinə, Bayraq meydanına baxış keçirmiş, Palsüd müəssisəsi, meyvə-tərəvəz konserv zavodu ilə tanış olmuş, Hirkan qəsəbəsində sitrus bağına ekskursiya etmişdir.
Noyabrın 10-da Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Neboyşa Rodiçi qəbul etmiş, səfirə Lənkəranın sosial-iqtisadi həyatı, kənd təsərrüfatı, turizm potensialı barədə məlumat vermişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən cənab N.Rodiç Lənkəranda olduğu 2 gün ərzində rayonla tanışlıqdan məmnun qaldığını bildirmiş, Azərbycan-Serbiya ölkələri arasında iqtisadi-siyasi əlaqələrin gündən-günə inkişaf etdiyini diqqətə çatdırmış, gələcəkdə bu əlaqələrin inkişaf perspektivləri barədə söz açmışdır.
Sonda T.Qaraşov səfirə Lənkəran çayı və xalçası hədiyyə etmişdir.

Keçidlər