Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin “Xan Lənkəran Könüllülər Klubu”nun 3 aylıq hesabat tədbiri keçirildi

07 sentyabr 2015 | 15:00

3 sentyabr 2015-ci ildə Gənclər Evində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin “Xan Lənkəran Könüllülər Klubu”nun iyun, iyul, avqust aylarını əhatə edən 3 aylıq hesabatı olmuşdur. Tədbiri giriş sözüylə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov açaraq könüllü gəncləri salamladı.  Azərbaycan Respublikasınıın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan gənclər siyasətindən danışan Yalçın Əhmədov bildirdi ki, bu siyasətin təzahürü kimi ölkəmizdə gənclərin fəallığı ictimai-siyasi proseslərdə özünü göstərməkdədi. Gənclər dövlətin gənclərə göstərdiyi qayğıdan və yaradılan imkanlardan istifadə edərək öklənin sosial, iqtisadi, mədəni həyatında iştirak etməklə kifayətlənməyib, həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər. Çıxışının sonunda Yalçın Əhmədov 3 aylıq fəaliyyəti dövründə göstərdiyi könüllü fəaliyyətinə görə hər bir  gəncə minnətdarlığını bildirdi.
Daha sonra “Xan Lənkəran Könüllülər Klub”unun 3 aylıq hesabatını təqdim etmək etmək üçün Nübar Həsənzadə çıxış edərək Lənkəran şəhər Gənclər və İdman İdarəsinin köməyi ilə yaradılan bu klubun əsas məqsədi ölkənin sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etmək olduğunu bildirdi. Daha sonra Regionlardan dünyaya səs salmağı özlərinə əsas priorotet seçən Xan Lənkəran könüllülərinin 3 aylıq hesabatını təqdim etdi. Bu dövr ərzində könüllülərlə birlikdə keçirilən tədbirlərdən –“Şəxsi inkişaf təlimi”, “Layihələrin yazılması təlimi”, Debat təlimi, “Teatr əsaslı təlim”, “Sağlam bədəndə sağlam ruh olar” təlimi, “Sürətli oxuma qaydası” təlimi, “Məqsədlərin seçimi və şəxsi vaxtın seçilməsi” təlimi, “Natiqlik təlimi”, “Təlimçilər üçün təlim”indən, “26 iyun Azərbaycan Silahli Qüvvələri Günü”nə həsr olunmuş “Xəmsə İntellektual Oyunu”, “1 avqust Azərbaycan dili və Əlifba günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışdan, “I Avropa oyunlarına həsr olunmuş konsert”dən və s. danışaraq  slaydlarla təqdimat etdi.
Tədbirin sonunda gəncləringələcək fəaliyyət,  görüləcək işlərlə bağlı təklifləri dinlənildi və müzakirə edildi. Tədbirdə 45-ə yaxın könüllü gənc iştirak ediridi.

Keçidlər