Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA MİLLİ MƏTBUAT GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ

22 iyul 2015 | 15:00

22 iyul Milli Mətbuat günü Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd edildi. Həmin gün Lənkəran ŞİH –də rayonda fəaliyyət göstərən bir qrup mətbuat işçiləri ilə görüş keçirildi.
  İcra hakimiyyətinin konfrans zalında keçirilən görüşü giriş sözü ilə açan Lənkəran ŞİH başçısının 1-ci müavini İlqar Dadaşov media işçilərini İcra başçısı Taleh Qaraşovun adından təbrik etdi, onlara ən xoş və səmimi arzularını çatdırdı. Əsası 22 iyul 1875-ci il tarixdə görkəmli maarifpərvər ziyalı Həsən Bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin keçdiyi şərəfli yol haqqında danışan İ.Dadaşov Milli Mətbuatımızın 140 illik tarixinə qısa ekskurs etdi, Ümummilli Lider Heydər Əliyevin media nümayəndələrinə verdiyi yüksək qiymətdən, jurnalistlərə göstərdiyi diqqət və qayğıdan söz açdı, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin KİV nümayəndələrinə göstərdiyi dövlət qayğısından, dövlət başçımızın Milli Mətbuatın 140 illiyi münasibətilə imzaladığı Sərəncamın əhəmiyyətindən danışdı, mətbuat işçilərinin ictimai-siyasi həyatımızda mühüm rol oynadığını xüsusi vurğuladı və sonda onları peşə bayramları münasibətilə təbrik etdi.
Sonra “Aşkarlıq” qəzetinin baş redaktoru Etibar Əhədov, “Lənkəran” qəzetinin redaktoru İltifat Əhmədov, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, “Olaylar” informasiya agentliyinin cənub bölgəsi üzrə rəhbəri Hafiz Mirzə və başqaları çıxış edərək müasir medianın tələblərindən irəli gələn vəzifələrdən danışdılar, təklif və rəylərini söylədilər, səmimi qəbula görə İcra hakimiyyətinə minnətdarlıqlarını bildirdilər.
Sonda qəbulda işrtirak edənlərin bir qrupuna ŞİH-nin Fəxri fərmanları və media işçilərinin hamısına pul mükafatı təqdim edildi.

 

Keçidlər