Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANIN DAHA 2 YAŞAYIŞ MƏNTƏQƏSİNƏ TƏBİİ QAZIN VERİLİŞİ BƏRPA OLUNDU

15 iyul 2015 | 15:00

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq iyulun 15-də Lənkəran rayonunun Xolmili və Vel kəndlərinə 25 illik fasilədən sonra təbii qazın verilişi bərpa olundu. Bu münasibətlə həmin yaşayış məntəqələrində yerli icra strukturlarının və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirildi. 
549 abonenti olan Xolmili kəndinin qazlaşdırılması üçün 24166 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 549 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
219 abonenti olan Vel kəndinin qazlaşdırılmasından ötrü 10894 metrlik müxtəlif diametrli polad borulardan istifadə edilməklə 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Açılış tədbirlərində yerli sakinlərdən Mircavad Abbasov, Əvəz Hacıyev, Mürsəl Quliyev və başqaları çıxış edərək onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərdikləri diqqət və qayğıya görə dövlət başçısına və müvafiq strukturların rəhbərlərinə minnətdarlıqlarını çatdırıblar.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev əlamətdar hadisə münasibətilə sakinləri təbrik etdi, onlara ən səmimi və xoş arzularını bildirdi.
Lənkəran ŞİH başçısının I müavini İlqar Dadaşov tədbir iştirakçılarına İcra başçısı Taleh Qaraşovun təbriklərini çatdırdı, Lənkəranda yaşayış məntəqələrinin 83.7 faizinin qazlaşdırıldığını söylədi, ilin sonunadək daha 6 kəndə təbii qazın veriləcəyini vurğuladı və mavi yanacağın hər bir ailəyə hərarət, bərəkət və sevinc gətirməsini arzuladı.
Sonda rəmzi məşəl alovlandırıldı.

Keçidlər