Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Azərbaycanda Koreya Kino Festivalı”na start verildi

12 iyul 2015 | 15:00

İyulun 12-də Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn Lənkərana gəlmişdir. Səfir şəhərlə tanış olmaq məqsədi ilə Bayraq meydanında olmuş, hallogen bitkisi əkilmiş sahəyə baxmış, Hirkan Milli Parkı ilə tanış olmuş və Hirkan qəsəbəsi ərazisindəki yüksəklikdən rayonu seyr etmişdir. 13 iyul 2015-ci il tarixdə Heydər Əliyev xatirə parkına gələn Səfir Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşdur. Sonra Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov Lənkəran Şəhər İcra Hakimiyyətində qonaqları qəbul edib. Görüş zamanı İ.Dadaşov Lənkəranın sosial-iqtisadi, mədəni həyatında son illər baş verən yeniliklər barədə səfirə məlumat verib. Çoi Suk-İn isə Lənkəran barədə əvvəllər qiyabi bilgiyə malik olduğunu, bu gün isə bu əsrarəngiz diyara qonaq gəlməsindən məmnunluq hissi duyduğunu bildirib. Söhbət zamanı Lənkəran və Koreya arasında xeyli oxşar xüsusiyyətlərin  olduğu, Koreyada olduğu kimi, Lənkəranda da çəltikçiliyin inkişaf etdirildiyi qeyd olunub. Görüşdə həmçinin Lənkəranla Koreyanın iqtisadi əlaqələrinin yaradılması, Lənkəran və Koreyanın şəhərlərindən birinin qardaşlaşması məsələləri də gündəmə gətirilib.
Görüşün sonunda səfir Çoi Suk-İnə Lənkəran sənətkarlarının əl ilə toxuduqları xalça hədiyyə olunub.
Sonra qonaqlar Lənkəran Şəhər Mədəniyyət Mərkəzində “Azərbaycanda Koreya Kino Festivalı” proqramı çərçivəsində açılış mərasimində olmuşdur. Festivalın açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn, SEBA (Seul-Bakı) Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva, SEBA Assosiasiyasının şöbə müdiri İradə Nəcəfova çıxış edərək Azərbaycan-Koreya mədəniyyətlərarası əlaqələrindən, bu cür tədbirlərin hər iki ölkə xalqlarının dostluq tellərinin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etməsindən, həmçinin nümayiş etdiriləcək filmlər vasitəsilə Azərbaycan tamaşaçısının Koreya xalqının həyat tərzini, adət-ənənəsini, ictimai-siyasi həyatını daha yaxından tanımasına şərait yaratmasından söz açıblar.
Daha sonra tamaşaçılara 2001-ci ildə rejissor Song İl Qon tərəfindən çəkilmiş “Təkcə sən” bədii filmi təqdim olunub.
Filmə baxışdan sonra Koreya səfiri Tarix diyaşunaslıq muzeyinə baxmış, Gənclər mərkəzi ilə tanış olmuşdur.

 

Keçidlər