Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranlı gənclərdən 1-ci Avropa oyunlarına dəstək

13 iyun 2015 | 15:00

1-ci Avropa oyunlarının ilk dəfə Bakıda keçirilməsinin və oyunlara start  gününün sevincini lənkəranlı gənclər bir yerdə bölüşüblər. Ötən gün  şəhərin park və meydanlarında idmançılarımıza dəstək məqsədilə bir birindən maraqlı aksiyalar təşkil edilib. Rayon gəncləri  bu aksiyalarda şən əhval-ruhiyyədə iştirak edərək  sevinc hisslərini , yüksək bayram ovqatı nümayiş etdiriblər. Sıralarında 65 minə yaxın gənci birləşdirən Lənkəran  şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov tədbirin gənc könüllülərin təşəbbüsü ilə  təşkil edildiyini bildirərək qeyd etdi ki, bu gün bütün azərbaycanlıların sevinc günüdür. Birinci Avropa oyunları artıq başlanıb. Lənkəranlı gənclər bu oyunlarda iştirak edən idmançılarımıza dəstək olurlar. Bu günkü konsert proqramı da könüllülərin təşəbbüsü ilə bu məqsədlə təşkil olunmuşdur. 
Gənc könüllü Orxan Cahangirov vurğuladı ki, bütün dünyanın diqqəti Azərbaycandadır. Bir gənc olaraq mən sevinib fəxr edirəm. Biz lənkəranlı gənclər sevincimizi birlikdə bölüşürük.
Könüllü Arzu Məmmədzadə qeyd etdi ki, bu gün Azərbaycanda tarix yazılır. ilk Avropa oyunlarına Bakıda start verilir. Doğrudan da, bu Azərbaycan  Respublikası üçün çox böyük uğurdur. Bu Azərbaycanın digər ölkələrdən fərqini göstərəcək. Hamımız üçün çox sevindirici haldır.
Bir neçə saat davam edən konsert zamanı  parka toplaşan gənclər maraqlı musiqi nömrələri və rəqs nümunələri ilə tanış olmaq imkanı əldə etdilər. Gənclər sevinclərini, bacarıqlarını nümayiş etdirərək məmnun olduqlarını nümayiş etdirdilər.
Gənclərin iştirakı ilə birinci Avropa Oyunlarının loqosunun əks olunduğu tort kəsilib. Tədbirə qatılanlar Birinci Avropa Oyunlarının açılış mərasimini monitordan sona qədər böyük maraq və diqqətlə izləyiblər.

Keçidlər