Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANIN XİLASKARIDIR” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ

13 iyun 2015 | 15:00

Milli Qurtuluş Günü münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin iclas zalında “Heydər Əliyev Müstəqil Azərbaycanın xilaskarıdır” mövzusunda elmi-praktik konfrans keçirildi.
      Konfransı  giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov əvvəlcə iştirakçıları I Avropa Oyunlarının başlanması münasibətilə təbrik etdi. Tarixdə ilk dəfə keçirilən I Avropa Oyunları ilə Azərbaycanın öz potensialını dünyaya nümayiş etdirəcəyini xüsusi vurğulayan İcra başçısı sonra  ölkəmizdə qazanılan bütün bu nailiyyətlərin kökündə Ulu Öndər Heydər Əliyev siyasətinin durduğunu diqqətə çatdırdı.
     XX əsrdə Azərbaycanın 2 dəfə – 1918-ci il mayın 28-də və 18 oktyabr 1991-ci il tarixdə dövlət müstəqilliyini əldə etdiyini söyləyən Taleh Qaraşov bu müstəqilliyin ilk illərində naşı rəhbərlərin əlilə xalqımızın başına gətirilən müsibətlərdən, ölkəmizdə hökm sürən xaos, anarxiya və özbaşınalıqlardan ətraflı danışdı. Məhz belə bir çətin məqamda Ulu Öhdər Heydər Əliyev əsil xilaskar kimi xalqın harayına çatdı, millətinə yeni nəfəs, yeni bir həyat gətirdi, – deyə İcra başçısı qeyd etdi.
      T.Qaraşov daha sonra bildirdi ki, 15 iyun Azərbaycanın və hər bir Azərbaycan vətəndaşının taleyində, yaddaşında əbədi həkk olunan tarixi günlərdən biridir. Kəsb etdiyi əhəmiyyətə görə bu tarix sözün həqiqi mənasında həm xalqımızın, həm də dövlətçiliyimizin və müstəqilliyimizin əsil qurtuluşu günüdür. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkəmizdə vətəndaş müharibəsi təhlükəsinin baş verməsi, qardaş qanının axıdılması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Ölkənin qərbində – Gəncədə Sutət Hüseynovun dəstəsi qiyam qaldırdı, qardaş qardaşı qətlə yetirdi, cənubda Ə.Hümbətovun başçılığı altında separatçı qüvvələr Talış-Muğan Respublikası yaratdılar, şimalda sadvalçılar Ləzgistan respublikası yaratmağa cəhd göstərdilər.  Yalnız Ümummili Liderimiz Heydər Əliyev belə bir çətin məqamda böyük uzaqgörənliklə Azərbaycanımızı labud parçalanmadan xilas edib ərazi bütövlüyümüzü, milli birliyimizi  qoruya bilnmişdi.
    İcra başçısı vurğuladı ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra özün qırılmaz iradəsi sayəsində yenicə müstəqil liyini qazanmış Azərbaycanı daxili çəkişmələrə sövq etmiş səriştəsiz və bacarıqsız rəhbərlərdən, silahlı quldur dəstələrindən təmizlədi. Ölkədə qardaş qırğınının qarşısı alındı. Aparılan islahatlar nəticəsində Respublika sürətli iqtisadi inkişaf yoluna qədəm qoydu. Xalqın maddi və mənəvi həyat səviyyəsi yüksəldi. Ölkəmiz dünya birliyində layiqli yerlərdən birini tutdu. Onun beynəlxalq nüfuzu artdı. Bir sözlə, müstəqilliyimiz əbədi və dönməz oldu.
   Taleh Qaraşov daha sonra Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin titanik fəaliyyətindən, milli dövlətçiliyimizin möhkəmləndirilməsində, Vətənimizin tərəqqisi və xalqımızın rifahı naminə  həyata keçirdiyi qlobal işlərdən, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” kəlamını əməli işi ilə sübuta yetirməsindən, Lənkəranın həmişə cənab Prezidentin diqqət və qayğısı ilə əhatə olunmasından, rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq və səliqə-sahman işlərinin gündən-günə sürətlənməsindən, Lənkəranın öz müasir simasını alması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs etdi, axırda bütün lənkəranlıları cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı, hamını bir daha I Avropa Oyunlarının başlanması və Milli Qurtuluş Günü münasibətilə təbrik etdi.
Digər natiqlər də çıxışlarında Milli Qurtuluş gününün Azərbaycan xalqının taleyində oynadığı rolu barədə ətraflı danışmış, xalqımıza milli tərəqqi yolunda yeni-yeni uğurlar arzulayıblar.

Keçidlər