Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Amerikalı qonaqlar Lənkəranda

18 may 2015 | 15:00

Mayın 12-də “Beynəlxalq Dostluğun Gücü Klubu“ İctimai Birliyinin təşkilatçılığı ilə Dallas,Texas-ABŞ FFİ təşkilatının 25 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlmişdir. Qonaqlar mayın 15-də Lənkərana gəlmiş,şəhərin tarixi,mədəniyyət abidələri və görməli yerləri ilə tanış olmuşlar.
    Nümayəndə heyəti əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət etmiş,abidə önünə gül dəstələri qoymuşdur.
   Sonra qonaqlar Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Tarix- Diyarşünaslıq Muzeyi, Xocalı Soyqırımı abidəsi və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi ilə tanış olmuşlar.
   Nahar yeməyindən sonra amerikalı qonaqlar Hirkan Milli Parkında olmuş,Hirkan qəsəbəsində sitrus bağında Lənkəran mənzərələrinə baxmış,Vilvan kəndində çay plantasiyaları,”Pal Süd” müəssisəsi ,Bayraq Meydanı,Qoşa Qala qapıları ilə tanış olmuşlar.
   Qonaqlar axşam saatlarında Masallı şəhərinə yola salınmışlar.

Keçidlər