Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları general mayoru Həzi Aslanovun ev muzeyinə məktəbli gənclərin ekskursiyası

06 may 2015 | 15:00

6 may 2015-ci il tarixdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun ev muzeyinə məktəblilərin ekskursiyası təşkil olunmuşdur. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi bəndinə əsasən keçirilən tədbirin məqsədi məktəblilərdə Lənkəranın  fəxr etdiyi qəhrəman oğlu Həzi Aslanov barədə biliklərin artırılması, qəhrəmanlıq nümunələrinin  gənclər  arasında təbliğ edilməsindən ibarət idi.
     Tədbiri giriş sözüylə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev açaraq vətəni qorunmağın hər bir vətəndaşın vətəndaşlıq borcu olduğunu bildirdi. Daha sonra Həzi Aslanovun ev muzeyinin direktoru Tamara Fətullayeva və muzeyin əməkdaşları məktəblilərə Həzi Aslanovun keçdiyi qəhrəmanıqla dolu həyat yolu və qəhrəmanın şəxsi əşyaları haqqında geniş məlumat verdilər.

Keçidlər