Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə ali və orta ixtisas məktəblərin tələbə qızlardan ibarət komandaları arasında rayon birinciliyi keçirildi

05 may 2015 | 15:00

04 may 2015-ci il tarixdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə ali və orta ixtisas məktəblərinin tələbə qızlardan ibarət komandaları arasında rayon birinciliyi keçirilmişdir. Yarışdan öncə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları və tələbələr Heydər Əliyev Muzeyini ziyarət etmişlər. Burada tələbələri Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərlə tanış etməklə yanaşı onlara Heydər Əliyevin siyasi irsi haqqında geniş məlumat verildi.
     Daha sonra Lənkəran Tibb Kollecinin idman meydançasında baş tutan yarışı giriş sözüylə açan Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirdi ki, Ulu Öndərin əziz xatirəsi hər bir gəncin qəlbində daim yaşayacaqdır. Yarışın hakimi Fəzail Əbilov tərəfindən keçirilən püşkatmanın nəticələrinə əsasən ilk oyun Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Humanitar Kollecinin komandaları arasında baş tutdu.  İlk setdə Lənkəran Dövlət Humanitar Kollecinin komandası 25-14, II setdə isə 25-5 hesabıyla qalib gəldi. İkinci oyun Lənkəran Tibb Kollecinin komandası ilə Lənkəran Dövlət Humanitar Kollecinin komandası arasında baş tutdu. Bu oyunda Lənkəran Tibb Kollecinin komandası I setdə 25-20, II setdə isə 25-16 hesabıyla qalib gəldi. Üçüncü oyun Lənkəran Tibb Kollecinin və Lənkəran Dövlət Universitetinin komandaları arasında oldu. Bu oyunda Lənkəran Tibb Kollecinin  komandası ilk setdə  25-13, II setdə isə 25-8 hesabıyla qalib gəldi
     Oyunların nəticələrinə əsasən Lənkəran Tibb Kolleci birinci, Lənkəran Dövlət Humanitar Kolleci ikinci, Lənkəran Dövlət Universitetinin komandası isə üçüncü yerə layiq görüldülər. Komandalara Lənkəran şəhər Gənclər və İdman İdarəsinin  rəisi Yalçın Əhmədov tərəfindən diplomlar və qalib komandaya kubok  təqdim olundu.
     Yarışda 38 idmançı, 70-ə yaxın azarkeş iştirak edirdi.

Keçidlər