Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla anıldı

31 mart 2015 | 15:00

97 il əvvəl Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilimişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış və milli-mədəniyyət abidələrimiz dağıdılıb məhv edilmişdir.
Ermənilərin soyqırımına Cənub bölgəsi də məruz qalmışdır.Soyqırımı zamanı Lənkəran və ətraf rayonlarda 40-dan çox kənd yandırılmış,  2000-dən çox günahsız insan qətlə yetirilmişdir.1918-ci ilin martında ermənilər Lənkəranda şəhərin mərkəzi də daxil olmaqla Girdəni, Vilvan, Gərmətük, Kərgəlan, Sütəmurdov, Osakücə və sair kəndlərdə minlərlə dinc sakini qanına qəltan etmişlər.
31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi Lənkəranda da dərin hüznlə anıldı.Ümumrayon anım mərasimində iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əsaslı və yenidən qurulan soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə-kompleksinin önünə əklil qoydu.
Mərasimdə rayonun hüquq-mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışan minlərlə lənkəranlı soyqırımı qurbanlarına dərin ehtiramlarını bildirməklə abidə önünə tər gül-çiçək dəstələri düzdülər,şəhidlərin ruhlarına dualar oxundu.

 

Keçidlər