Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda keçirilən boks yarışına yekun vuruldu

03 mart 2015 | 16:00

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Regional Boks  Mərkəzində 5 mart Bədən tərbiyəsi və İdman gününə həsr olunmuş boks idman növü üzrə açıq rayon birinciliyinə yekun vurulub. Birincilikdə 70 boksçu iştirak edib. Onlardan 30-u 1999-2000-ci il təvəllüdlü idmançıların, 40-ı isə 2001-2002-ci il təvəllüdlü boksçuların yaş qrupunda birincilik uğrunda mübarizə aparıb. Yarışda, Lənkəranla yanaşı Masallı, Astara, Salyan, o cümlədən Bakıdan olan idmançılar da qüvvələrini sınayıb. Uşaq gənclər idman məktəbinin təşkil etdiyi açıq rayon birinciliyində məqsəd perspektivli idmançıları aşkarlamaq və eyni zamanda boks üzrə yeniyetmələr arasında rayonun yığma komandasının tərkibini müəyyən etmək olub.
Yarışın yekununda komanda hesabında Lənkəran boksçuları 1-ci, Bakının “Dinamo” komandası 2-ci, Masallı komandası isə 3-cü yeri tutub.
Qeyd edək ki, birincilikdə fərqlənən idmançılar rayon yığma komandasının tərkibinə cəlb edilib. Eyni zamanda həmin idmançıların aprel ayında keçiriləcək Azərbaycan çempionatında iştirakı təmin ediləcək.

Keçidlər