Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA OD ÇƏRŞƏNBƏSİ QEYD EDİLDİ

03 mart 2015 | 16:00

Martın 3-də xalq təqvimi ilə boz ayın çərşənbələrindən ikincisi sayılan Od çərşənbəsi Lənkəranda da böyük coşqu ilə qeyd edildi.
Həmin gün şəhərin Dəmiryolu vağzalı ərazisindəki meydanda keçirilən bayram şənliyində çərşənbə adətlərinə uyğun tonqal qalandı, Keçəlin, Kosanın və Bahar Qızının ifasında şən, məzəli səhnəciklər göstərildi, rayonun incəsənət ustalarının ifa etdikləri mərasim nəğmələri və xalq mahnıları tədbirə xüsusi təravət gətirdi, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında Novruz adətlərinə aid müxtəlif səhnəciklər nümayiş etdirildi.
Bayram tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, İcra başçısının müavinləri, İcra Aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər sakinləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri böyükdən-kiçiyə hamıya xoş ovqat bəxş etdi.

Keçidlər