Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Nəqliyyat naziri Ziya Məmmədov Lənkəranda vətəndaşları qəbul etdi

02 mart 2015 | 16:00

Fevralın 27-də nəqliyyat naziri Ziya Məmmədov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinlədi.
Qəbuldan əvvəl nazir Ziya Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdi.
Vətəndaşların qəbulunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov,  “Azəryolsevis” Açıq Səhmdar Cəmiyyətinin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov iştirak edirdilər.
Vədəndaşların nazirə müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, Lerik şəhərində avtovağzal binasının tikintisi, işlə təmin olunmaq və digər məsələlərlə bağlı idi.
Qəbul zamanı qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll olundu. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verildi.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alındı və nəzarətə götürüldü.

Keçidlər