Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən Xocalı soyqrımının 23-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – 20-ci əsrin faciəsi” adlı silsilə tədbirlərin keçirilməsinə start verildi

23 fevral 2015 | 16:00

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin Xocalı soyqrımının 23-cü ildönümünün keçirilməsinə dair tədbirlər planına əsasən 23 fevral 2015-ci il tarixdə Xocalı faciəsinin  anımı münasibətilə Lənkəran şəhər Gənclər və İdman İdarəsi və Lənkəran Tibb Kollecinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Lənkəran Tibb Kollecində baş tutan tədbirdə Gənclər və İdman idarəsinin nümayəndələri, Xocali hadisələrinin şahidi olmuş – Lənkəran şəhər Mühafizə Xidmətinin rəisi Kərəm Ağalarov və kollecin tələbələri iştirak etmişdirlər.
Tədbirdə Kollecin direktoru İqbal Əmənullayev çıxış edərək iştirakçıları salamladı, onlara erməni vəhşilikəri haqqında məruzə etdi. O, Xocalı soyqırımının  Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildirmiş və  bu faciənin  erməni quldurları və onların havadarları tərəfindən xüsusi amansızlıqla,  ağlasığmaz vəhşiliklə törədilməsini qeyd etmişdir.Xocalı faciəsinin təkcə Azərbaycana deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı yönəldilən ən ağır cinayət olduğunu tədbir iştirakçılarının  diqqətinə çatdırmışdır.
Azərbaycan  xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır.  Soydaşlarımız   yaşadıqları tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşaiyət olunmuşdur. İ. Əmənullayev faciənin baş verdiyi dövrün təhlilini və faciənin baş vermə səbəblərini tədbir iştirakçılarının  diqqətinə  çatdırdı.
Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov Xocalı faciəsinin dünyaya bəyan edilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səylərindən bəhs etmiş və bildirmişdir ki, məhz İlham Əliyevin uğurlu siyasətinin nəticəsində bu gün dünyanın nüfuzlu dövlətləri, ABŞ-ın 10-dan çox ştatı Xocalı faciəsini tanımışdır, həmçinin  bir sıra dövlətlərdə Xocalı həqiqətlərinin dünyaya çatdırılması məqsədilə sərgilər, yürüşlər, aksiyalar təşkil edilmişdir.
Y.Əhmədov Xocalı həqiqətlərinin dünyaya çatdırılması sahəsində gənclərin üzərinə düşən məsuliyyəti də qeyd etmişdir.
Tədbirin sonunda çıxış edən Lənkəran şəhər Mühafizə Polisinin rəisi Kərəm Ağalarov Xocalı hadisələrinin şahidi olmuş və o, fevralın 25-dən 26-na keçən gecə baş verənlərdən tədbir iştirakçılarına bəhs etmişdir. K. Ağalarov bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövlətinin  Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək istədiyini, ermənilərin  bu yolda dəhşətli cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirildiyini, XX əsrin ən müdhiş faciəsi sayılan Xocalı soyqırımının bu aqressivliyin və cinayətkar erməni siyasətinin bariz nümunəsi olduğunu qeyd etmişdir.
Çıxışların sonunda Xocalı faciəsində həlak olanlar bir dəqiqəlik sükutla yad edildi.
Rəsmi hissə bitdikdən sonra tələbələrin təqdimatında ədəbi-bədii kompazisiya təqdim edildi, şeirlər səsləndirildi.

Keçidlər