Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Rəqs kollektivləri üçün treninq keçirilib

21 fevral 2015 | 16:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müfafiq əmrinə əsasən Lənkəranda ilk dəfə olaraq bölgədə fəaliyyət göstərən rəqs kollektivlərinin bədii rəhbərləri və üzvləri üçün treninqlər təşkil olunmuşdur.
Treninqlər 20-21 fevral 2015-ci il tarixlərdə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində keçirilmişdir. Treninqlərdə Bakı Xoreoqrafiya Akademiyasının aparıcı müəllimi Nailya Həsənova və müəllim heyəti  Lənkəran şəhəriin, Astara, Masallı və Lerik rayonlarının rəqs kollektivlərinin bədii rəhbərləri və üzvləri üçün Azərbaycan milli rəqsləri üzrə məşğələlər keçiriblər. Treninqlər iştirakçılarına  Azərbaycan milli rəqsinin yaranma tarixi və əsasları haqqında geniş məlumatlar verilmiş, müxtəlif rəqs elementləri əyani nümayiş olunmuşdur. Tədbir çərçivəsində Lənkəran rayonunun Girdəni kənd diyarşünaslıq evinin “Vənəşə” və Boladi kənd folklor klubunun “Kinəlim” folklor rəqs kollektivlərinin ifasında milli rəqslər ifa olunmuşdur.

Keçidlər