Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda gənclərin iştirakı ilə seminar keçirilib

21 fevral 2015 | 16:00

Azərbaycanda Dövlət Gənclər siyasətinə diqqət daim artırılır. Cənab Prezidentin ölkədə gənclərlə bağlı işin daha da gücləndirilməsi məqsədilə 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” nın  xalqımızın gələcəyi olan gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında strateji əhəmiyyəti olan tarixi sənəddir. Bu sərəncamdan irəli gələn vəzifələrin dərindən öyrənilməsi və qarşıya qoyulan vəzifələrin uğurlu icrasından ötrü gənclərin maarifləndirilməsi, onların ictimai-siyasi fəallığa hazırlığının yüksəldilməsi məqsədilə 20 fevral 2015-ci il tarixdə Lənkəran Tibb Kollecində “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyasının  Azərbaycan gəcliyinə tövhəsi” mövzusunda seminar keçirilmişdir.
Seminarda Lənkəran şəhər Gənclər və İdman İdarəsinin nümayəndələri, Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyinin təmsilçiləri və 40-a yaxın ictimai fəal gənc iştirak etmişdir.
Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Vəliyev,  Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyinin həmtəsisçisi Afiq Məlikov çıxış edərək  ölkədə gənclər siyasəti sahəsində aparılan iş, mövcud strategiyanın məqsəd və vəzifələri, strategiyanın hədəf qrupları, gənclərin inkişafında çağırışlar, gözlənilən nəticələr, gənclərin təşkilatlanması üçün yaradılmış  zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar, regionda fəaliyyət göstərən gənclər təşkilatların fəaliyyəti, gənclərin təşəbbüslərinin dəstəklənməsi üçün yaradılmış fondlar və digər təsisatlar  haqqında məlumat veriblər.
Tədbirin sonunda  gənclər arasında mövcud strategiya barədə məlumatlılıq  səviyyəsini dəqiqləşdirmək üçün sorğu keçirilmişdir.

Keçidlər