Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Gənclər təşkilatlarında gənclərin fəallığının artırılması ilə bağlı seminar keçirilib

21 fevral 2015 | 16:00

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 19 fevral 2015-ci il tarixdə Gənclər Evində  “Gənclərin ictimai-siyasi həyatda rolunun artırılması sahəsində gənclər təşkilatlarında aparılan iş” mövzusunda seminar keçirilmişdir.
Seminarda Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri və 50-ə yaxın ictimai fəal gənc iştirak etmişdir.
İlk olaraq təlimdə çıxış edən Gənclər və İdman idarəsinin rəis müavini Nazim Vəliyev iştirakçıları salamlamış və gənclərə Gənclər təşkilatları haqqında, onların yaranmasının zərurəti, gənclər təşkilatlarının fəaliyyəti haqqında geniş məlumat verərək gənclər təşkilatlarının rayonun ictiumai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolunu qeyd etmişdir. Tədbirdə iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümayəndəsi Könül Manafova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci ildə “2015-2015-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf  Strategiyası” haqqında verdiyi Sərəncamın əhəmiyyətindən  danışdı və bunu dövlətimizin gənclərə verdiyi böyük dəyər kimi qiymətləndirərək gəncləri Strategiyanın həyata keçirilməsində fəallıq göstərməyə səsləmişdir.
Seminar interaktiv üslubda keçirilmiş və gənclər sərbəst şəkildə öz fikirlərini sfikirlərini bildirmiş, təkliflərini irəli sürüblər.

Keçidlər